00:00:00
Yazar
Admin User
15.09.2025 15:30 157 2 dəq oxuma
Sosial

Təhlükəsizlik, yeni texnologiyalar və kartların alternativləri

Təhlükəsizlik, yeni texnologiyalar və kartların alternativləri

Azərbaycanda və dünyada rəqəmsal ödənişlər və kartlardan pul çıxarılması prosesi daha rahat və əlçatan olub. Banklar və ödəniş sistemləri müştərilərə nağdsız alış-veriş zamanı daha sürətli xidmət göstərmək üçün yeni texnologiyalardan istifadə edirlər.


Ölkədə mobil bankçılıq, onlayn ödəniş tətbiqləri və bankların yaratdığı rəqəmsal xidmətlər geniş yayılmağa başlayıb. Bununla yanaşı, kartlardan pul çıxarılarkən təhlükəsizlik məsələləri də əsas mövzulardan biridir. Banklar iki mərhələli təsdiqləmə, SMS bildirişləri və biometrik identifikasiya sistemləri ilə müştərilərin hesablarını qorumağa çalışırlar.
Mütəxəssislərin fikrincə, yaxın illərdə nağdsız əməliyyatların həcmi daha da artacaq və ənənəvi bankomatlardan istifadə tədricən azalacaq.


Mövzu ilə bağlı Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyasının (AKTA) eksperti Bəhruz Əliyev "informator.az" a müsahibə verib.


Nağdsız əməliyyatlar zamanı təhlükəsizliyi artırmaq üçün hansı yeni addımlar atıla bilər?


"Barmaq izi, üz tanıma, səs, göz və digərləri ilə kart və ya ödəniş əməliyyatı təsdiqlənə bilər. Belə sistemlər daha şəffaf və təhlükəsizdir. SMS/EMAİL bildirişi, mobil tətbiq vasitəsilə təsdiq, biometrik yoxlama kimi yolların kombinasiyası ilə təsdiq də mümkündür. Bu, hüquqsuz əməliyyat riskini xeyli azaldır. Qeyri-adi davranışları izləmək, istifadəçinin yerindən, əməliyyatın vaxtından, məbləğindən asılı təhlükəsizlik modelləri ilə fırıldaqçılığı vaxtında dayandırmaq olar. İstifadəçilər onlayn alışverişlər üçün yalnız məhdud məbləğli virtual kartlar yarada bilər. Əgər gələcək də karta aid məlumatlar yayılsa belə, mənfi təsiri minimallaşmış olur".
 

Gələcək də plastik kartların yerini hansı texnologiyalar tuta bilər?


"Kart fiziki olmadan yalnız rəqəmsal formatda ödənişlər mümkündür. Smartfondakı tətbiq və ya rəqəmsal pulqabıları ilə, smart saatlar, bilərziklər, kartın funksiyalarını əvəz edə bilər. Hətta İnsan əlinə yerləşdirilən NFC implant çip ilə də ödəniş etmək imkanı var. Bu yollar fiziki kart ehtiyacını azaldır".


İnternet üzərindən edilən ödənişlər də istifadəçilərin diqqət etməli olduqları əsas məqamlar hansılardır?


"Saytlar da URL-in “https://” ilə başlaması, çoxfaktorlu yoxlama, bank hesabın da əməliyyat limiti qoymaq, hər əməliyyat üçün bildiriş almaq kimi məsələləri diqqətdə saxlamalı və funksiyaları aktivləşdirməliyik. Elektron məktublardakı linklərə çox diqqət etmək lazımdır. Bankdan gəlmiş kimi görünən, lakin saxta saytlara yönləndirən səhifələr ola bilər. Antivirus və sistem yenilənmələri, smartfon və kompüter də şübhəli tətbiqləri yükləməmək lazımdır. Parolu tez-tez dəyişmək, müxtəlif platformalar da eyni paroldan istifadə etməmək. QR kodların orijinallığını yoxlamaq, xüsusən təklif “çox cəlbedici görünərsə” ehtiyatlı olmaq mütləqdır. Sosial şəbəkələr də və ya e-maillər də kart nömrəsi, kod, CVV kimi məlumatları paylaşmaq olmaz".


Arzu İbrahimova

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər