00:00:00
Yazar
Admin User
02.09.2025 15:51 118 1 dəq oxuma
Sosial

Təhsil önəmlidir, yoxsa karyera?

Təhsil önəmlidir, yoxsa karyera?

Bu gün bir çox gənc üçün ən aktual mövzulardan biri təhsil və karyera arasında seçim etməkdir. Müasir əmək bazarının tələbləri dəyişdikcə, bəziləri ali təhsili vacib hesab edir, bəziləri isə iş təcrübəsinin daha önəmli olduğunu düşünür.

 

Mövzu ilə bağlı təhsil eksperti Məzahir Məmmədli “İnformator.az”a bildirib ki, təhsil insan həyatında önəmli bir mərhələdir və biz də potensialımız çatdığı mərhələyə qədər oxumaq üçün cəhd göstərməliyik:

 

"Dövlətində ilk öhdəliyi öz vətəndaşlarının ən azından icbari(9 illik) təhsilli olmasıdır. Karyera qurmaq üçün isə ali təhsil mütləq deyil. Karyera sadəcə pul, var-dövlətnən ölçülməməlidir, elmdə özünü sübut etməklə ölçülməlidir. Elə alimlər var ki, evləri belə ürək açan vəziyyətdə deyil, lakin əldə etdikləri uğurla dünyada böyük töhfə qazanıblar. Təhsildə uğur qazana bilməyib kəsilən insanlara işləmək, biznes mühiti yaratmaq onlar üçün daha faydalı olar. Özünə güvənib,öz gələcəyini özü quran insan istər sadəcə peşə,istərsə də ali təhsilli olmağından asılı olmayaraq daim yüksəliş əldə edəcək".


Fatimə Hüseynli

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər