Təhsildə yaradılan yeni agentliklər hansı dəyişikliklərə səbəb olacaq?
“Ölkədə 1999-cu ildən başlayaraq təhsil islahatları davam etməkdədir. 2013-cü ildə təhsilin inkişafı üzrə dövlət strategiyası qəbul edildikdən sonra təhsil islahatlarının II mərhələsinə qədəm qoyuldu”.
Bu sözləri İnformator.az-a açıqlamasında təhsil eksperti Elşən Qafarov deyib. Onun sözlərinə görə, bu islahatların davamı olaraq, ölkə prezitentinin 24-iyul 2023-cü il tarixində Elm və Təhsil Nazirliyinin strukturunun müəyyən edilməsi barədə fərmanı nəticəsində təhsil islahatlarında yeni mərhələyə keçid olunacaq.
“Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi, Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi Nazirlər kabinetinin verdiyi qərara əsasən, fəaliyyətə başladı. Sözügedən agentliklər üzrə direktorlar təyin olunub. Hazırda təhsildə formalaşma prosesi gedir. Bu agentliklərin yaranması isə təhsil sistemində əsaslı dəyişikliklərə səbəb olacaq. Bu addımı ümumi təhsilin inkişafına dair atılan islahatların davamı kimi qəbul etmək olar. Məhz, bu islahatlar nəticəsində təhsildə səmərəli fəaliyyət öz yerini yenidən bərpa edəcək”.
Elnurə Kərimova