00:00:00
Yazar
Admin User
18.12.2025 19:06 109 3 dəq oxuma
Yoxdur

Təhsilin İnkişafı Fondunun yeni sədri kollektivə təqdim olunub

Təhsilin İnkişafı Fondunun yeni sədri kollektivə təqdim olunub

Elm və Təhsil Nazirliyinin tabeliyində fəaliyyət göstərən Təhsilin İnkişafı Fondunun yeni sədri Nicat Məmmədli kollektivə təqdim edilib. Bu barədə Elm və Təhsil Nazirliyi məlumat yayıb.

 

Mövzu ilə bağlı "İnformator.az"a açıqlamasında təhsil eksperti Vüsət Əzizov bildirib ki, təhsilin İnkişafı Fondunun yeni rəhbərliyi dövründə bir neçə istiqamətlərdə prioritet hesab edilən işlərin görülməsi məqsədəuyğun olar:

 

"Müvafiq istiqamətlər üzrə işlərin görülməsi Fondun fəaliyyətinin daha effektiv, dayanıqlı və təhsil sisteminin real ehtiyaclarına cavab verən şəkildə qurulmasına töhfə verə bilər. Məsələn, təhsil islahatlarının maliyyə dəstəyi dövlət təhsil strategiyasına uyğun layihələrin maliyyələşdirilməsi, innovativ və davamlı təşəbbüslərin dəstəklənməsi ön plana çıxa bilər, həmçinin bərabər təhsil imkanlarının genişləndirilməsi, sosial həssas qruplar, regionlarda yaşayan şagird və tələbələr üçün təqaüd, qrant və dəstək mexanizmlərinin gücləndirilməsi də mühüm istiqamət kimi nəzərə alına bilər. Bundan başq rəqəmsallaşma və innovasiya məsləsi də diqqətdə saxlanılmalıdır. Rəqəmsal təhsil platformaları, onlayn resurslar və bu istiqamətdə olan layihələrinin inkişafına investisiyaların artırılması da diqqətdə saxlanılmalıdır. Eyni zamanda ən vacib faktor kimi məhz insan kapitalının inkişafını da qeyd etmək lazımdır. Müəllimlərin, təhsil menecerlərinin və gənc tədqiqatçıların peşəkar inkişaf proqramlarının dəstəklənməsi istiqamətinə də nəzər salınmalıdır. Təbii ki, beynəlxalq əməkdaşlıq çərçivəsində müvafiq xarici təhsil fondları, beynəlxalq təşkilatlar və universitetlərlə birgə proqramların genişləndirilməsi də həyata keçirilməlidir.

 

Bütün qeyd edilən istiqamətlər üzrə işlərin görülməsi zamanı özəl sektorla tərəfdaşlıq da edilməlidir. Biznes–təhsil əməkdaşlığının gücləndirilməsi, təhsil layihələrinə özəl investisiyaların cəlb edilməsi gündəmdə olmalıdır. Təhsilin İnkişafı Fondunun fəaliyyəti təhsil islahatlarının real və ölçülə bilən nəticələrə çevrilməsində müxtəlif mexanizmlər vasitəsilə daha təsirli ola bilər. Nəticəyönümlü maliyyələşdirmə modeli tətbiq edilə bilər. Layihələrin maliyyələşdirilməsi əvvəlcədən müəyyən edilən keyfiyyət, əhatə dairəsi, təsir və sair göstəricilərə bağlanmalı, nəticə verməyən təşəbbüslər davamlı dəstək almamalıdır. Həmçinim pilot layihələr və miqyaslandırma mexanizmi də effektiv ola bilər. Yeni islahatlar əvvəlcə pilot formada sınaqdan keçirilməli, uğurlu nəticə verən layihələr ölkə üzrə genişləndirilməlidir. Təbii ki,qeyd edilən müxanizmlərə daimi monitorinq və qiymətləndirmə sistemi də tətbiq edilməlidir. Dəstəklənən proqramların icrası mütəmadi izlənməli, müstəqil qiymətləndirmə mexanizmləri tətbiq olunmalıdır. Fondun dəstəklədiyi layihələr birbaşa Elm və Təhsil Nazirliyinin strategiya və normativ sənədləri ilə əlaqələndirilməli və məktəb və universitetlərin layihə idarəetməsi, maliyyə planlaşdırması və innovasiya bacarıqları isə gücləndirilməlidir. Qeyd edilən işlər görülən zaman təhsil statistikası, tədqiqatlar və analitik hesabatlar maliyyə qərarlarının əsasını təşkil etməlidir. İslahatların əsas icraçıları olan müəllimlər və məktəb rəhbərləri layihələrin hazırlanması və icrasında fəal iştirak etməlidir və QHT-lər, biznes qurumları və beynəlxalq təşkilatlarla birgə layihələr təsir imkanlarını daha da artırır. Nəticə etibarilə Fondun fəaliyyəti, nəticələri və xərcləri barədə açıq məlumatlandırma ictimai etimadı gücləndirir.

 

Dövlət–özəl tərəfdaşlığının genişləndirilməsi düzgün qurulduğu halda təhsil sisteminin keyfiyyətinə birbaşa və çoxşaxəli təsir göstərə bilər. Bununla yanaşı, dövlət–özəl tərəfdaşlığı şəffaf və balanslı mexanizmlərlə tənzimlənməlidir. Əvvəlcə qeyd etmək lazımdır ki, özəl sektorun maliyyə və idarəetmə təcrübəsi təhsil sahəsinə əlavə resurslar və çeviklik gətirir. Bu, məktəblərin və ali təhsil müəssisələrinin maddi-texniki bazasının yaxşılaşmasına, yeni təlim mühitlərinin və müasir avadanlıqların tətbiqinə imkan yaradır. Digər tərəfdən isə əmək bazarı ilə təhsil arasında əlaqə güclənir. Özəl şirkətlərin iştirakı tədris proqramlarının real bazar tələblərinə uyğunlaşdırılmasını, praktiki bacarıqların və peşə yönümlü təhsilin inkişafını sürətləndirir. Nəticədə məzunların məşğulluq imkanları artır.

 

Digər tərəfsən innovasiya və rəqabət mühiti formalaşır. Özəl tərəfdaşlar rəqəmsal həllər, yeni tədris metodları və texnologiyalar gətirməklə təhsildə yeniliklərin tətbiqini sürətləndirir və ümumi keyfiyyət standartlarını yüksəldir. Müəllim və təhsil idarəçilərinin peşəkar inkişafı dəstəklənir. Birgə layihələr, təlimlər və təcrübə proqramları insan kapitalının güclənməsinə xidmət edir. Nəticə olaraq, düzgün tənzimlənən dövlət–özəl tərəfdaşlığı modeli təhsil sistemini daha keyfiyyətli, rəqabətqabiliyyətli və əmək bazarına inteqrə olunan hala gətirə bilər. Əsas şərt şəffaflıq, ictimai nəzarət və milli təhsil prioritetlərinə uyğunluğun təmin edilməsidir".

 

Aişə Mustafayeva

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər