00:00:00
Yazar
Admin User
14.04.2025 17:07 152 1 dəq oxuma
Yoxdur

THY Avropa Liqasında mart və aprel aylarının ən dəyərli oyunçusu

THY Avropa Liqasında mart və aprel aylarının ən dəyərli oyunçusu

THY Avropa Liqasında mart və aprel aylarının ən dəyərli oyunçusu (MVP), İspaniyanın Real Madrid komandasının mərkəz oyunçusu (pivotu) Valter Tavares seçilib.

 

Təşkilatın verdiyi məlumata görə, Real Madrid forması ilə mart və aprel aylarında keçirdiyi 7 oyunda Tavares orta hesabla 16,7 xal, 7,1 ribaund və 21,3 məhsuldarlıq xalı ilə çıxış edib və bu dövrün MVP-si adına layiq görülüb.

 

Bu müddətdə 6 qələbə və 1 məğlubiyyət qazanan Real Madridin “play-in” mərhələsinə 7-ci yerdən vəsiqə qazanmasında böyük rolu olan ulduz basketbolçu, həmin oyunlarda iki xallıq atışlarda 77,4 faiz, cərimə atışlarında isə 75,9 faiz dəqiqliklə oynayıb.

 

Oktyabr 2018, Noyabr 2021 və Aprel 2023-dən sonra Tavares karyerasında 4-cü dəfə bu ada layiq görülüb və ayın MVP-si mükafatını ən çox qazanan basketbolçular siyahısında üçüncü yerdə olan Saşa Vezenkovu yaxalayıb.

 

Avropa Liqası tarixində bu mükafatı ən çox qazanan oyunçular sırasında Nikola Mirotiç 7, Mayk Ceyms isə 5 dəfə ilə ilk iki yeri tutur.

 

TRT SPOR 

Gülhüseynova Güllər

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər