00:00:00
Yazar
Admin User
31.10.2025 16:43 133 2 dəq oxuma
Siyasət

TİKA sədri Hikmət Hacıyevlə görüşüb

TİKA sədri Hikmət Hacıyevlə görüşüb

Türkiyə İqtisadi İnkişaf Agentliyinin (TİKA) sədri Abdullah Eren Azərbaycan Prezidentinin köməkçisi – Azərbaycan Prezidenti Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət ilə görüşüb. Görüşdə qurumun Azərbaycandakı fəaliyyəti ilə bağlı hərtərəfli məsləhətləşmələr aparılıb.

 

Mövzu ilə bağlı politoloq Elşad Həsənov "İnformator.az"a açıqlamasında bildirib ki, Azərbaycan və Türkiyə strateji müttəfiqlərdir:


" "Bir millət, iki dövlət." Bu deviz indi də davam edir , bundan sonra da davam edəcək. Azərbaycan və Türkiyənin birgə fəaliyyəti bu gün xarici siyasətdə də özünü göstərir. Suriyanın yenidən qurulmasına Azərbaycan dəstək olacağını bildirib və çox məsələlərdə biz birgə hərəkət edirik, ancaq müəyyən məsələlər var ki, Azərbaycanın və Türkiyənin öz dövlət milli maraqları var. Ancaq Türkiyənin İqtisadi İnkişaf Agentliyi Azərbaycan da hazırda böyük işlər aparırlar. Qarabağın qurulması, inşa olunmasında da həmin bu TİKA-nın böyük səyləri var. Türk iş adamları orada çox böyük yatırımlar edirlər və biz də bundan razıyıq. Abdulla Eren ilə Prezidentin köməkçisinin görüşü, məhz, bu məsələlərin müzakirəsinə həsr olunub və bundan sonra da hesab edirəm ki, onların fəaliyyəti daha da artacaq. Bu görüş Azərbaycan ilə Türkiyə arasında münasibətlərin daha da yaxşılaşmasına səbəb olacaq. Biz birgə bir çox sahələrdə işlər görürük, o cümlədən də son illər hərbi sahədə də işlər görürük. Türkiyənin bayraqdar pilotsuz uçuş aparatları Azərbaycanda istehsal olunur. Türkiyənin hazırda istehsal etdiyi KAAN tipli raketlərin Azərbaycana gələcəkdə verilməsi haqqında danışıqlar gedir. Bu mənada TİKA-nın apardığı işlər Azərbaycanda çox müsbət qarşılanır və təbii ki, bu da Azərbaycan iqtisadiyyatına öz müsbət təsirini göstərəcək. Ona görə hesab edirəm ki, belə görüşlər ancaq Azərbaycan və Türkiyənin inkişafına, onların dostluğunun daha da möhkəmlənməsinə xidmət edir".

Günel Əlili

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər