00:00:00
Yazar
Admin User
10.10.2025 17:47 93 1 dəq oxuma
Dünya

Təl-Avivin manevr məkanı daralır

Təl-Avivin manevr məkanı daralır

 

Son aylar İsrail təhlükəsizlik dairələrində artan narahatlıq var: Türkiyənin artan regional təsiri. Türkiyənin xarici siyasət addımları, müdafiə sənayesi layihələri və diplomatik təşəbbüslər İsrail strateqləri arasında “Türkiyə təhlükəsi” anlayışını gücləndirir.

 

İsrail mediası hazırda Qəzza ilə əldə olunan razılaşmaya və razılaşmadan sonra Yaxın Şərqdə dəyişən qüvvələr balansına diqqət yetirir.İsraildə yerləşən Jerusalem Post qəzetində yer alan xəbərdə Türkiyənin bölgədəki nüfuzunun artdığı vurğulanıb.İsrail Hərbi Hava Qüvvələrində polkovnik rütbəsi almış israilli təhlükəsizlik və müdafiə eksperti Adi Berşadski yazılan məqalədə, “İsrailin daxili kəşfiyyat mənbələrinə görə, Türkiyənin Suriya, Liviya, Şərqi Aralıq dənizi və Afrika başda olmaqla, dərinləşən nüfuzu İsrailin bölgədə getdikcə daha daralmasına səbəb olur”.

Təl-Aviv Universitetində bəzi strategiya ekspertləri Türkiyənin bu müddət ərzində təkcə hərbi deyil, həm də diplomatik təsirlərini dərinləşdirdiyinə diqqət çəkirlər. Prezident Rəcəb Tayyib Ərdoğanın son illərdə, xüsusən də ərəb dünyasında artan siyasi nüfuzu, Fələstin məsələsində fəal mövqeyi və humanitar yardımla dəstəklənən diplomatiya anlayışı İsrail ictimaiyyəti “yumşaq güc vasitəsilə nəzarət” strategiyası kimi dəyərləndirilir.Şərqi Aralıq dənizindəki enerji boru kəmərlərinin Türkiyə üzərindən Avropaya qədər uzadılması ideyası İsraili həm iqtisadi, həm də siyasi baxımdan Ankaradan asılı vəziyyətə salır. Türkiyənin Ceyhan boru kəmərinə nəzarəti İsrail üçün “strateji təzyiq vasitəsi” hesab olunur.

 

TRT Xəbər
Xədicə Məhərrəmli

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər