00:00:00
Yazar
Admin User
04.09.2025 17:27 140 2 dəq oxuma
Sosial

Tələbə və şagirdlərdən sağlamlıq arayışı tələbi: zərurət, yoxsa əngəl?

Tələbə və şagirdlərdən sağlamlıq arayışı tələbi: zərurət, yoxsa əngəl?

Son günlər ictimai müzakirələrə səbəb olan eyni zamanda gündəmi zəbt edən məsələlərdən biri də tələbə və şagirdlərdən tələb olunan sağlamlıq arayışlarıdır.

 

Mövzu ilə bağlı Rizvan Fikrətoğlu “İnformator.az”a açıqlamasında bildirib ki, sağlamlıq haqqında arayış bütün universitetlərdə tələb olunmur:

 

"Bəzilərinə portaldan qeydiyyatdan keçməkdə kifayət edir. Düşünürəm ki, bunlara ehtiyac yoxdur, çünki əlavə sənədlərdir.

Şagirdlərdən,tələbələrdən sağlamlıq kağızlarının istənilməsinin bir sıra səbəbləri var. İctimai sağlamlıq baxımından önəmlidir. Yoluxucu xəstəliklər olan şəxslərin kollektiv mühitə-məktəb, universitet, kolleclərə daxil olması üçün profaktik tədbirdir.

Əqli və fiziki sağlamlığın qiymətləndirilməsi baxımından da önəmlidir. Təhsil formasına uyğun olaraq müəyyən fiziki və psixoloji yük tələb olunursa tələbənin bu yükü daşıyıb daşıya bilməməsi müəyyənləşdirilir.

Həmçinin burada təhsil müəssəsinin cavabdehlik məsələsi də var. Şəxsin sağlamlıq vəziyyətindən ilkin məlumatın olunması gələcəkdə baş verə biləcək hadisənin məsuliyyətinin bölüşdürülməsi baxımından əhəmiyyətlidir. 

Xəstə olan şəxslər təhsilini davam etdirə bilməyəcək?

Bu xəstəliyin növü və ağırlıq dərəcəsindən asılıdır. Ümumiyyətlə, yoluxucu və ciddi xəstəliklər aktiv vərəm, hepatit B/C, COVİD19 kimi xəstələr müalicə müddətində təhsildən uzaqlaşdırıla bilər. Müalicə olunduqdan sonra qayıtmalıdırlar.

Xroniki şəkərli diabet,epilepsiya və.s bunlar adətən təhsilə maneə sayılmır, lakin məktəb,universitet bu barədə məlumatlı olmalıdır. Əgər şəxsi xəstəlik onun və başqalarının sağlamlığını riskə atırsa, təhsil müəssisəsi alternativ həll yolları axtarır. Xüsusi proqramlar verir, xarici ölkədə distant təhsillə əvəz edir və.s".

 

Ekspert əqli problemi olan şəxslərin universitetə qəbul olunmasına da toxunub:

 

"Əqli problem geniş anlayışdır və fərqli səviyyələrə malikdir. Yüngül intellektual gerilikdən tutmuş ciddi psixoloji pozuntuya qədərdir.

Əgər şəxs universitetə daxil ola bilibsə, deməli həmin şəxsin funksional vəziyyəti ona imkan verib ki, oxuyub qəbul olub.

Sağlamlıq arayışı istənilərkən məqsəd yalnız əqli problemi var deyə qəbul olmasın deyil. Əksinə, həmin şəxsin dəstək ehtiyacını müəyyənləşdirmək üçündür. Məsələn: psixoloji dəstək varmı? Xüsusi təhsil proqramına ehtiyac duyulurmu?

Əqli və psixoloji problemi olan şəxslərində təhsil almaq hüququ var.

Sağlamlıq arayışının tələb olunmaqda məqsədi təhsildən kənarlaşdırmaq deyil. Kollektivin rifahını nəzərə alan profaktik tədbirdir. Lakin bu tədbirdə etik, sosial,hüquqi incəliklər gözlənilməlidir".

 

Həlimə Əliyeva

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər