00:00:00
Yazar
Admin User
13.09.2025 10:54 147 4 dəq oxuma
Sosial

Tələbələrin Bakıya axını:

Tələbələrin Bakıya axını:

Yeni tədris ilinin başlanmasına sayılı günlər qalır və bu ərəfədə təhsil mühitində, eləcə də paytaxt ərazisində canlanma müşahidə olunur. Hər il olduğu kimi, bu il də on minlərlə tələbə təhsil almaq üçün Bakı şəhərinə üz tutur. Statistikalara nəzər saldıqda, əvvəlki illərlə müqayisədə təhsil almaq məqsədilə Bakıya üz tutan tələbələrin sayında artım müşahidə edilir.


Məsələ ilə bağlı sosioloq Nailə İsmayılova "İnformator.az"a açıqlamasında bildirib ki, ümumiyyətlə, təhsilli insanlar daha çox geniş dünya görüşünə malik olurlar:


"Oxumaq hər zaman gözəldir: uşaq olanda da, gənc olanda da. Bir misal var, həmişə el misalı olaraq bunu
çəkirlər, "insan beşikdən qəbrə qədər oxumalıdır". Və bu
tendensiya hər zaman olubdur. Bilirsiniz ki, təhsil almaq hər bir insanın haqqıdır. Əlbəttə ki, bu
haqqı bəziləri daha doğru, düzgün istifadə edə bilir. Bəziləri isə bunu dəyərləndirə bilmir, təhsil ala
bilmir. Bəzən buna onun yaşadığı ailə mühiti və yaxud yaşadığı ərazi müəyyən təsir göstərir. Bəzi elə gənclərimiz var ki, orta məktəbdə çox gözəl oxuyurlar, amma təhsillərini davam etdirməyə ya ailələrinin imkanı olmur, ya da ki, bəzi yerlərdə elə olur ki, təhsil alan, əsasən də qızlarda bu
şərait yaradılmır. Əlbəttə, bu da acınacaqlı bir haldır ki, oğlan və qız uşaqlarınla bağlı müəyyən ayrılıq seçkiliklər baş verir. Bu da bəzən ailədəki, ya atanın qısqanclığı olur və yaxud da ki, qız uşaqlarına qarşı münasibət dəyişik formada olduğuna görə onların təhsil almasına şərait yaradılmır".

 

"Məndən soruşursanız ki, niyə görə məhz gənclər daha çox Bakı universitetlərində oxumağa çalışırlar, bölgələrə üstünlük vermirlər. Bu həmişə belə olub. Ümumiyyətlə, bu bütün ölkələrdə belədir, tək Azərbaycanda deyil. Dünyanın digər ölkələrində də həmişə meqapolis şəhərlərə üstünlük verilib. Bu, yaxın qonşumuz, qardaş Türkiyədə də, Amerikada da digər Avropa ölkələrində də, həmçinin digər şərq ölkələrində də var. Nədənsə insanlar həmişə böyük şəhərlərə can atırlar. Məncə, bunun da səbəbi böyük şəhərlərdə insanlar düşünürlər ki, daha çox inkişaf edəcəklər, irəliyə doğru daha böyük addımlarla addımlamaq mümkündür. Bilirsiniz ki, böyük şəhərlərdə daha çox iş tapmaq imkanı olduğuna görə, bəlkə də bunun bir səbəbi də iş məsələsi ilə bağlıdır''.

 

"Məsələn, hansısa bölgəmizdəki universitet tələbəsi ilə Bakıda təhsil alan tələbəni müqayisə etsək, söhbət yalnız təhsildən getmir, digər inkişaf məsələləri də önəmlidir. Onların özlərinə müəyyən məşğuliyyət tapması, daha çox tədbirlərdə iştirak etməsi, gənclərin toplandığı böyük məclislərdə yer alması və digər məsələlər də buna daxildir. Əslində, burada səbəblər müxtəlifdir. Mən sadəcə bir neçəsini sadaladım. Məncə mənim söylədiklərim də əsas səbəblərdəndir".

 

Ekspertin sözlərinə görə, təhsilin verilməsi baxımından ümumiyyətlə mən universitetdə təhsil alan tələbələrə, tələbələrin daha çox təcrübə qazanmasına çox üstünlük verərdim:


"Bu təcrübə nədən ibarətdir? Məsələn, gənclərimiz universitetdə təhsil alarkən , onlara daha çox nəzəri baxımdan biliklərin verilməsinə üstünlük verilir. Amma mən belə düşünürəm ki, insan nəzəri bilik almağı ilə bərabər, eyni zamanda təcrübə qazanmalıdır. Amma bu təcrübə harda qazanılır? Part-time deyilən bir termin var və bu məsələ ilə bağlı da bizdə ciddi işlər görüləcək, tələbələrə işləmək şəraitinin yaradılması istiqamətində addımlar atılacaq. Yəni tələbə iş yeri taparaq vaxtının müəyyən hissəsini orada çalışır, həm öz həyatını təmin etməyə çalışır, həm də ailəsinə dəstək olmaq istəyir. Məncə bu, doğru bir fikirdir. Bəs bölgələrdə bu şərait varmı? Bilmirəm. Ola bilsin ki, bu barədə mənim o qədər də məlumatım yoxdur. Ancaq Bakıda bu mümkün olur. Çünki mən özümdə bir müddət Bakı Dövlət Universitetində çalışanda tələbələrimizdən görürdüm ki, onlar işləməyə can atırlar. Bunun əlbəttə ki, yaxşı tərəfləri də var. Yaxşı tərəfi odur ki, onlar həm iş təcrübəsi qazanırlar, eyni zamanda, biraz öncə qeyd etdiyim kimi, öz maddi ehtiyaclarını, ailəyə köməklərini təmin etmiş olurlar. Digər bir tərəfdən, mənfi xüsusiyyəti bundan ibarətdir ki, onlar ya işə gecikəcəklər, ya da dərsə gecikəcəklər və bu da bir
problemdir. Bir təklif olaraq fikirləşirəm ki, əgər bu müzakirə mövzusu olaraq gündəmə gələrsə, bu məsələ ilə bağlı mənə elə gəlir ki, medianda tələbələrə belə bir şəraitin yaradılması böyük dəstək olmuş olar".

 

"Eyni zamanda, universitetdə gənclər, tələbələr təhsil almaqla bərabər, onlara praktiki təcrübə daha çox lazım olur. İxtisasa uyğun olaraq, praktiki
təcrübələrin qazanılması üçün tələbələrə bu istiqamətdə də müəyyən şəraitlərin yaradılmasına ehtiyac var. Mən təbii ki, hər bir gəncimizə təhsilli, savadlı, bacarıqlı olmağı, harada təhsil almasına baxmayaraq, daha çox öz ixtisaslarına mükəmməl yeyələnmələrinə və gələcəkdə işlədikləri sahədə daha çox töhfə verə bilmələrini arzu edirəm".


Aydan Məmmədova

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər