00:00:00
Yazar
Admin User
10.11.2025 09:41 131 1 dəq oxuma
Dünya

Tokayev Rusiyaya səfər edəcək

Tokayev Rusiyaya səfər edəcək

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev 11-12 noyabr tarixlərində Rusiyaya dövlət səfəri edəcək.

 

"İnformator.az" ın  Kremlin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, səfər Rusiya Prezidenti Vladimir Putinin dəvəti ilə baş tutacaq.

 

Danışıqlar zamanı Rusiya-Qazaxıstan strateji tərəfdaşlıq və müttəfiqlik münasibətlərinin siyasi, ticarət-iqtisadi və mədəni-humanitar sahələrdə daha da inkişaf etdirilməsinin aktual məsələləri, həmçinin regional və qlobal gündəmin əsas mövzuları müzakirə ediləcək. "Səfər zamanı mühüm ikitərəfli sənədlərin imzalanması planlaşdırılır", - məlumatda qeyd edilib. Putin və Tokayevin Qazaxıstanın Uralsk şəhərində keçiriləcək Rusiya və Qazaxıstan arasında XXI Regional Əməkdaşlıq Forumunun plenar iclasının iştirakçılarına videokonferans formatında müraciət edəcəkləri planlaşdırılır.

 

 

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər