00:00:00
Yazar
Admin User
23.08.2025 14:18 149 1 dəq oxuma
Dünya

Tokayev və Makron Cənubi Qafqazdakı vəziyyəti müzakirə ediblər

Tokayev və Makron Cənubi Qafqazdakı vəziyyəti müzakirə ediblər

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev fransalı həmkarı Emmanuel Makronla telefonla danışıb.


"İnformator.az" xəbər verir ki, bu barədə Makron "X" sosial şəbəkəsində yazıb.


"Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevlə telefon danışığım oldu. 2023-cü ilin noyabrında Qazaxıstana səfərimdən və prezident Tokayevin ötən ilin noyabrında Fransaya dövlət səfərindən sonra xüsusilə nəqliyyat və enerji sahələrində strateji tərəfdaşlığın gücləndirilməsini müzakirə etdik. Həmçinin beynəlxalq vəziyyət, o cümlədən Rusiyanın Ukraynada apardığı müharibə və Cənubi Qafqazdakı hazırkı danışıqlar barədə söhbət etdik", - paylaşımda deyilir.

 
#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər