Təqaüdə çıxdıqdan sonra başlayan velosiped həvəsi
Tekirdağda velosiped həvəskarı olan Sebahattin Tural təqaüdə çıxdıqdan sonra başlayan velosiped həvəsindən əl çəkmir və 80-90 yaşına qədər velosiped sürməyə davam edəcəyini bildirir.
Tekirdağda təqaüdə çıxdıqdan sonra dostlarının təşkil etdiyi velosiped turuna qatılaraq onun həvəskarı olan yaşlı Sebahattin Tural təxminən 25 ildir ki, velosiped sürür. Ergene rayonunda yaşayan Tural 25 il əvvəl təqaüdə çıxdıqdan sonra dostlarının təşkil etdiyi velosiped turuna qatıldıqdan sonra özünə yeni velosiped alıb, turlara və velosiped festivallarına qatılmağa başlayıb. Təxminən 25 ildir ki, velosiped sürmək həvəsindən əl çəkməyən o, velosiped sürməklə formda qalır:
"Köhnə velosipedimlə onlara qoşuldum, sonradan yaxşı bir velosiped aldım, turlara qatılmağa başladım və davam etdim. Düşünürəm ki, velosipedlərin hər kəsin həyatında olması lazımdır". Velosipedin insanların nəqliyyatda həyatını asanlaşdırdığına diqqət çəkən Tural, "Velosipedlərlə tanış olduqdan sonra dost çevrəm çoxaldı. Gənclər də bizə qoşuldular və onlarla fərqli qrupumuz oldu. Hər yaşdan dostlarımızla turlara çıxmağa davam edirik və 71 yaşım var, amma yay-qış demədən yollardayam, mümkün qədər idmanla məşğul olmağa çalışıram" dedi. Tekirdağda velosiped yollarının artırılması lazım olduğunu bildirən Tural, daha çox velosipeddən istifadənin həm sağlamlıq, həm də nəqliyyat üçün faydalı olacağını vurğulayaraq sözlərini belə davam etdirdi:
"Ailələr övladlarını lazımi avadanlıqsız yolda qoymasınlar. Bəzi gənclərin nəqliyyat vasitələrinin olduğu yerlərdə təhlükəli hərəkətlər etməsi onlar üçün yaxşı deyil. Gənclər velosiped dərnəklərinə qoşulsunlar. Bundan sonra da velosipeddən istifadə edəcəyəm. Mən düşünürəm ki, 80, 90 yaşına qədər onlardan istifadə edəcəyəm. Velosiped sürməyin bizim üçün sonu yoxdur".
Mənbə: Habertürk
Aytac Kərimova
