00:00:00
Yazar
Admin User
08.08.2025 17:48 209 2 dəq oxuma
Siyasət

Tramp 907-ci düzəlişi ləğv edir

Tramp 907-ci düzəlişi ləğv edir

ABŞ-nin Prezidenti Donald Trampın rəhbərliyi altında qəbul edilən qərara əsasən, "Azadlığa Dəstək Aktı"na əlavə edilmiş 907-ci düzəlişin tətbiqinə istisna olunub. Bu düzəliş illərdir ABŞ-nin Azərbaycana birbaşa yardım göstərməsini məhdudlaşdırırdı. Ekspertlər qərarı ABŞ-Azərbaycan münasibətlərində müsbət dəyişikliklərin göstəricisi kimi qiymətləndirir.

 

Məsələ ilə bağlı politoloq Yusif Bağırzadə "İnformator.az"a açıqlamasında bildirib ki, görüş həm Azərbaycana, həm də Ermənistana böyük dividendlər verəcək:

 

 

"Prezident Əliyevlə Baş nazir Paşinyanın iştirakı ilə baş tutmuş görüş əlbəttə ki, tarixi, siyasi, strateji əhəmiyyətinə görə, nəinki Azərbaycan və Ermənistan dövlətləri və xalqları, həm də Cənubi Qafqaz dövlətləri, digər tərəfdən də Orta Asiya dövlətləri, xüsusilə Türkmənistan, Özbəkistan və Qazaxıstan, eləcə də Türkiyənin dünyadakı mövqeyinə iqtisadi, siyasi, strateji mövqeyinə çox böyük təsir göstərən bir görüşdür. Belə ki, bu görüş öncəsi, yəni Prezident Tramp ilə digər tərəfdən Prezident Əliyev və Baş nazir Paşinyanın görüşündən əvvəl  ABŞ həm Azərbaycana, həm də Ermənistana iqtisadi, strateji bir müqavilə imzalamağı təklif edib.

Artıq ABŞ-lə Azərbaycan arasında strateji iqtisadi müqavilə imzalanır. Bu, ABŞ-nin strateji "ExxonMobil" şirkəti ilə Azərbaycanın iqtisadi inkişaf nazirliyi arasında olan bir müqavilədir. Cənab Tramp 907-ci düzəlişi, yəni Azərbaycana qarşı olan 907 nömrəli düzəlişi ləğv edəcək..Yəni, ABŞ-Azərbaycan münasibətləri strateji bir mərhələyə yüksələcək".

 

Ekspert həmçinin bunu da bildirib ki, Azərbaycan bundan sonra ABŞ-dən lazım olan silahları ala biləcək:

 

"Bundan başqa qeyd etmək lazımdır ki, ümumiyyətlə, ABŞ-nin NATO-dan kənar təxminən 20-dən çox dövlətlə belə strateji müqaviləsi var. Və belə bir müqavilə böyük ehtimalla Ermənistanla da bağlana bilər. Belə ki, Demokratların hakimiyyəti dövründə bu səpkidə bir sənəd Ermənistanla bağlanıb.

Əlbəttə ki, bu 907-ci düzəliş Azərbaycan üzərindən götürüldükdən sonra və Azərbaycan ABŞ-nin strateji müttəfiqinə çevrildikdən sonra, əlbəttə ki, bu, Azərbaycanın dünya siyasi, strateji və iqtisadi platformasında daha güvənli mövqeyə sahib olmasına imkan yaradacaqdır.

Mütəmadi olaraq erməni diasporası istər Rusiyada, istər Fransada, istərsə də ABŞ-də olan erməni milli konqresi və ya erməni diasporası  Azərbaycana qarşı qarayaxma kampaniyaları və ya digər formalarda sanksiyaların tətbiqi təşəbbüsləri ilə çıxış etdib. Bildiyimiz kimi, bu 907-ci düzəlişin müəllifləri də erməni diasporasının təsiri altında olan senatorlar və konqresmenlər olub. Həmin vaxtlar həm Azərbaycan torpaqları Ermənistan və Rusiya qoşunları tərəfindən işğal olunub, həm də Azərbaycana qarşı qeyri-hüquqi, qeyri-insani 907-ci düzəliş qəbul olunub. Bu düzəliş, Corc Buşun hakimiyyəti dövründə Əfqanıstanda baş verən hadisələr fonunda müvəqqəti olaraq dayandırılıb. Əlbəttə ki, Trampın dövründə bu 907-ci düzəliş tamamilə aradan qaldırılacaqdır və indiki halda erməni diasporasının Tramp hakimiyyətinə təsir imkanları olduqca zəifdir".

 

Güllər Gülhüseynova

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər