00:00:00
Yazar
Admin User
11.10.2025 04:33 103 1 dəq oxuma
Dünya

Tramp ABŞ-də benzinin qiymətinin ucuzlaşacağını gözləyir

Tramp ABŞ-də benzinin qiymətinin ucuzlaşacağını gözləyir

ABŞ Prezidenti Donald Tramp ölkədə benzinin qiymətinin bir qallon üçün 2 dollardan (3,785 litr) aşağı düşəcəyini gözləyir.

 

"İnformator.az" xəbər verir ki, bu barədə o, Ağ Evdə jurnalistlərlə görüşündə bildirib.

 

"Ərzaq qiymətlərində, xüsusən neftin qiymətlərində əhəmiyyətli endirimlərə nail olduq – bir barel üçün 60 dollar həddini keçdik", - Tramp bildirib.

 

Onun sözlərinə görə, neftin qiymətinin aşağı düşməsi yaxın vaxtlarda bir qallon benzinin qiymətinin 2 dollardan aşağı düşməsinə səbəb olacaq. "Bu, ötən ilki səviyyədən təxminən 70 % aşağıdır, bu, əhəmiyyətlidir. Neft ucuzlaşdıqda isə hər şey ucuzlaşır", - Ağ Evin hazırkı başçısı bildirib.

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər