00:00:00
Yazar
Güllər Gülhüseynova
27.03.2026 09:51 15 1 dəq oxuma
Dünya

Tramp ABŞ-nin İranla müharibədə tam qələbə qazandığını elan edib

Tramp ABŞ-nin İranla müharibədə tam qələbə qazandığını elan edib

Amerika lideri Donald Tramp hesab edir ki, ABŞ İranla qarşıdurmada artıq tam qələbə qazanıb.

 

"İnformator.az" xəbər verir ki, Tramp bu barədə "Fox News" telekanalının canlı yayımında bildirib.

 

"Biz artıq qələbə qazanmışıq. Hərbi baxımdan bu müharibədə tamamilə qalib gəlmişik", - Vaşinqton administrasiyasının rəhbəri ABŞ-İsrail birgə əməliyyatından danışarkən qeyd edib.

 

Bundan əlavə, Amerika lideri İranın enerji sektoru obyektlərinə zərbələrin endirilməsinin 10 gün müddətinə dayandırılması barədə qərarını bir daha təsdiqləyib.

 

"Onlar maraqlandılar: "Bu, atoma [Buşehrdəki elektrik stansiyasına] da şamil edilirmi? Axı məlum olduğu kimi, onların atomu [elektrik stansiyası] var", - deyə Tramp təfərrüatları açıqlamadan bildirib. Bununla yanaşı, prezident əlavə edib ki, İran tərəfi guya "yeddi gün istəyib", o isə "İrana 10 gün verməyə" razılaşıb.

#yeni #azərbaycan #xəbər #baki
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər