00:00:00
Yazar
Admin User
08.12.2025 16:37 181 3 dəq oxuma
Dünya

Tramp: ABŞ-nin Ukrayna üzrə sülh planı Rusiyanı qane edir, Zelenskini yox

Tramp: ABŞ-nin Ukrayna üzrə sülh planı Rusiyanı qane edir, Zelenskini yox

Tramp vurğulayıb ki, sənəd Ukrayna lideri Volodimir Zelenskini qane etmir, baxmayaraq ki, onun ətrafı planı dəstəkləyib: “Zelenskinin bunu bəyənmədiyinə əmin deyiləm. Onun komandasının xoşuna gəlib, amma Zelenski özü hələ oxumayıb".

 

 

Mövzu ilə bağlı politoloq Yusif Bağırzadə "İnformator.az"a açıqlamasında bildirib ki, ABŞ- nin məqsədi Ukrayna ilə Rusiya arasında atəşkəs rejimini təmin etmək, ardınca isə sülh müqaviləsi imzalamaq və bu kontekstdə ABŞ-Rusiya arasında həm strateji, həm də ticarət əlaqələrinin inkişafını təmin etməkdir:

 

 

"Yaxın günlərdə ABŞ-nin paytaxtı Vaşinqton şəhərində yerləşən Kennedi Mərkəzində keçirilən tədbirdə ABŞ-nin 45-ci və 47-ci prezidenti Donald Tramp Ukrayna prezidenti Volodimir Zelenskini ABŞ vasitəsilə təqdim olunan Rusiya-Ukrayna sülh razılaşmasını pozmaqda və hətta onu oxumamaqda ittiham edib. Tramp çıxışı zamanı bildirib ki, Zelenskinin komandası, yəni Ukrayna hakimiyyəti təqdim olunan razılaşmanın şərtləri ilə razılaşıb, lakin prezident Zelenskinin həmin sənədi ümumiyyətlə oxumadığını söyləyib. Xatırladaq ki, prezident Zelenski dəfələrlə bəyan edib ki, ABŞ-nin xüsusi elçisi Stiv Vitkoff bu mövzu ilə bağlı onunla təmasdadır. Sonuncu dəfə Vitkoffla təxminən 2 saatdan çox davam edən görüş keçirilib.   Hazırda prezident Zelenski Böyük Britaniyanın paytaxtı London şəhərində, baş nazir Rişi Sunakın dəvəti ilə Ukrayna böhranı və ABŞ- nin təklif etdiyi sülh razılaşmasını müzakirə etmək üçün təşkil olunan toplantıya qatılır. Bu toplantıda Almaniyanın kansleri Olaf Şolts və Fransa prezidenti Emmanuel Makron da iştirak edəcək. Makron bir neçə gün əvvəl Çində səfərdə olub, Şolts isə yaxın günlərdə İsrailə rəsmi səfər edib. Toplantının əsas məqsədi Ukrayna böhranına sülh yolu ilə həll tapmaqdır. Ötən günlərdə Dohada Yaxın Şərqdəki böhranla bağlı böyük bir beynəlxalq tədbir keçirilib. Həmin tədbirdə ABŞ-nin keçmiş prezidenti Donald Trampın oğlu da çıxış edib. Çıxışında Trampın oğlu Ukrayna tərəfini ittiham edərək bildirib ki, 2014-cü ildən bu günə qədər Ukrayna hakimiyyəti ABŞ-dən kifayət qədər maddi yardım alıb. O, qeyd edib ki, ABŞ iradəsiz bir dövlət deyil ki, qeyri-şəffaf şəkildə verilən və nəyə xərcləndiyi bilinməyən çekləri imzalasın və dəstək göstərməyə davam etsin. Trampın oğlu iddia edib ki, Ukrayna bu yardımları düzgün istiqamətdə istifadə etmir, əksinə mənimsəyir. Hətta o, İspaniyada Ukrayna nömrəli bahalı avtomobillərin Qazırlonanın (luks bölgənin) qarşısında park edildiyini, bunun da korrupsiya ehtimallarını artırdığını söyləyib. Ukraynalı oliqarxların ABŞ vasitəsilə verilən tövsiyələri də qulaqardına vurduğunu qeyd edən Trampın oğlu bu çıxışında kifayət qədər ciddi ittihamlar səsləndirib. Eyni zamanda qeyd olunub ki, ABŞ öz strateji təhlükəsizlik doktrinasını yeniləyib. Bunu isə Rusiya müsbət qarşılayıb. Sovetlər Birliyi dövründən bu yana ilk dəfədir ki, Rusiya tərəfi ABŞ-nin təhlükəsizlik doktrinasını müsbət qiymətləndirir. Rusiya prezidentinin sözçüsü Dmitri Peskov bu barədə kifayət qədər pozitiv bəyanat verib. Digər tərəfdən, ABŞ- nin sülh planı ilə bağlı Zelenski hələ də ittiham olunur ki, bu planı oxumayıb. Amma reallıqda bu açıq şəkildə görünmür. Trampın nümayəndəsi həm Kuşner, həm də Stiv Vitkovla təmasda olub. Əlbəttə ki, ABŞ-nin məqsədi Rusiya ilə Ukrayna arasında sülh müqaviləsinin bağlanmasına nail olmaqdır. Hətta tədbirdə çıxış edən Trampın oğlu bəyan edib ki, Ukrayna tərəfi düşünür ki, gec-tez Rusiya bu müharibədən yorulacaq, borc içində olacaq və iflasa uğrayacaq. Lakin bu yanaşma reallığı əks etdirmir. Onun fikrincə, məhz bu səbəbdən sülh müqaviləsinə doğru addım atmaq zəruridir. ABŞ- nin məqsədi Ukrayna ilə Rusiya arasında atəşkəs rejimini təmin etmək, ardınca isə sülh müqaviləsi imzalamaq və bu kontekstdə ABŞ-Rusiya arasında həm strateji, həm də ticarət əlaqələrinin inkişafını təmin etməkdir".

 

Səmayə Səftərova

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər