00:00:00
Yazar
Admin User
05.06.2025 15:45 52 1 dəq oxuma
Dünya

Tramp: ABŞ və Çin tezliklə ticarət razılaşmasını müzakirə edəcək

Tramp: ABŞ və Çin tezliklə ticarət razılaşmasını müzakirə edəcək

ABŞ və Çin tezliklə ticarət razılaşmasını müzakirə etmək üçün görüş keçirəcəklər.

 

"İnformator.az" xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp Çin lideri Si Cinpinlə telefon danışığından sonra “Truth” sosial şəbəkəsində bildirib.

 

“Qarşıdan gələn görüşün qrafiki və yeri barədə mətbuata məlumat verəcəyik”, - o vurğulayıb.

 

Amerika lideri bildirib ki, onun Si Cinpinlə söhbəti demək olar yalnız ticarətlə bağlı olub, Ukrayna və İran məsələləri müzakirə olunmayıb.


O, söhbətin təxminən bir saat yarım davam etdiyini qeyd edib və bunu çox müsbət adlandırıb.

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər