Tramp: “ABŞ-yə yalnız ‘bərbad’ ölkələrdən insanlar gəlir”
ABŞ-nin sabiq prezidenti Donald Tramp immiqrasiya siyasətini tənqid edərək bildirib ki, ölkəyə əsasən “bərbad” adlandırdığı dövlətlərdən insanlar gəlir.
“Biz niyə yalnız belə ölkələrdən olan insanları qəbul edirik? Niyə Norveç, İsveç, Danimarka kimi ölkələrdən insanları qəbul edə bilmirik? Bizə bir neçə yaxşı insan göndərin, xahiş edirəm... Amma biz həmişə Somalidən qəbul edirik, çirkli, iyrənc, kriminal yerlərdən”, - deyə Tramp vurğulayıb.