00:00:00
Yazar
Admin User
10.11.2025 05:08 147 1 dəq oxuma
Dünya

Tramp amerikalılara gömrük rüsumlarından 2 min dollar dividend ödəniləcəyini bildirib

Tramp amerikalılara gömrük rüsumlarından 2 min dollar dividend ödəniləcəyini bildirib

ABŞ Prezidenti Donald Tramp bildirib ki, hakimiyyət vətəndaşlara adambaşına azı 2 min dollar məbləğində dividend ödəməyi planlaşdırır.

 

"İnformator.az" xəbər verir ki, ABŞ lideri bu barədə "Truth Social" sosial şəbəkəsində yazıb.

 

O vurğulayıb ki, Vaşinqtonun digər ölkələrin məhsullarına tətbiq etdiyi tariflər ABŞ-yə əhəmiyyətli maliyyə vəsaitləri cəlb etməyə imkan verib. "Biz trilyonlarla dollar əldə edirik və tezliklə 37 trilyon dollarlıq böyük borcumuzu ödəməyə başlayacağıq", – deyə Tramp qeyd edib.

 

"Adambaşına azı 2 min dollar məbləğində dividend (yüksək gəlirli şəxslər istisna olmaqla) hamıya ödəniləcək", – deyə o əlavə edib. Tramp bu planla bağlı əlavə təfərrüatları açıqlamayıb.

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər