Tramp ASEAN sammitində iştirak üçün Malaziyadadır
ASEAN sammitində Tayland və Kamboca sülh sazişi imzalayıblar. Vasitəçi Tramp olub.
Bu mövzu ilə bağlı siyasi şərhçi Xəqani Cəfərli “İnformator.az”a bildirib ki,Cənub-Şərqi Asiya Millətləri Assosiasiyası “ASEAN” ABŞ-nin ən çox önəm verdiyi regional birliklərdən biridir:
“Vaşinqton ASEAN ölkələrinə Çinin regional hegomniyasının qarşısnı almaqda müttəfiq kimi baxır. ASEAN ölkələrinin bəziləri Çinin ərazi iddialarına və artan hərbi gücünə qarşı dayana bilmək üçün ABŞ-nin bölgədə fəal siyasət aparmasında maraqlıdır. Buna görə də ABŞ prezidentləri bir qayda olaraq ASEAN ölkələrinin liderlərinin sammitində iştirak etməyi vacib hesab edirlər. Tramp da istisna deyil. Üstəlik, sammitdə Trampın vasitəçiliyi ilə Tayland və Kamboca arasında sülh sazişi imzalaması ABŞ prezidenti sammitdə iştirakının əhaəmiyyətini artır. Dünyanın əksər çoğrfayasında olduğu kimi bur bölgədə də dövlətlərin bir-birinə qarşı ərazi iddiları var. Bu ərazi iddiları zaman-zaman münaqişəyə də səbəb olur. Trampın vasitəçiliyi ilə əldə olunan sülh sazişi əsrlərin azad edilməsi, silhalı qüvvələrin təmas xəttindən geri çəkilməsini nəzərdə tutur. Bu istiqamətdə ilk addımlar atılmağa başlanılıb. Ərazi iddiaları zaman-zaman münaqişəyə səbəb olsa da, ölkələr iri miqyaslı müharibədə maraqlı deyillər. Ona görə Tramp kimi mötəbər şəxsin vasitəçiliyi də ölkələr üçün müharibədən yayınmaq üçün fürsətə çevrilir. Üstəlik, bu ölkələr vasitəçinin tövsiyyəsini nəzərə alaraq sülh müqaviləsi imzalamaqla vasitəçinin üzərinə müəyyən öhdəliklər qoyurlar. Bu isə ilk növbədə ABŞ ilə ticarətdə güzəştlər, sərmayə və texnologiya sahəsində dəstəklə bağlıdır. Çinin vassalına çevrilmək istəməyən bölgə ölkələri ABŞ ilə əməkdaşlığa qurtuluş şansı kimi baxırlar. Ona görə ABŞ prezidentinin sözü bu bölgədə də keçərlidir”.
Cavahir Əsgərbəyli