00:00:00
Yazar
Admin User
08.11.2025 05:53 106 1 dəq oxuma
Dünya

Tramp Avropanı Rusiyadan enerji resursları aldığına görə tənqid edib

Tramp Avropanı Rusiyadan enerji resursları aldığına görə tənqid edib

ABŞ Prezidenti Donald Tramp Avropa ölkələrini dəniz limanlarına çıxışı olmasına baxmayaraq, Rusiyanın enerji resurslarını satın aldıqlarına görə tənqid edib.

 

"İnformator.az" xəbər verir ki, Tramp bunu Ağ Evdə Macarıstanın Baş naziri Viktor Orbanla görüşündə bildirib.

 

"Avropada baş verənlərə baxanda görürük ki, bu ölkələrin çoxunda bu problemlər yoxdur və onlar Rusiyadan çoxlu neft və qaz alırlar. Onlar bilirlər ki, mən bundan çox narahatam. Çünki biz onlara kömək edirik və onlar gedib Rusiyadan neft və qaz alırlar. Macarıstan fərqli bir vəziyyətdədir. Çünki onun dəniz limanlarına çıxışı yoxdur", - Ağ Ev rəhbəri söyləyib.

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər