00:00:00
Yazar
Admin User
10.11.2025 15:42 103 2 dəq oxuma
Dünya

Tramp BBC-ni ABŞ seçkilərinə təsir göstərməkdə ittiham edib

Tramp BBC-ni ABŞ seçkilərinə təsir göstərməkdə ittiham edib

ABŞ Prezidenti Donald Tramp Britaniyanın BBC telekanalını 2024-cü il prezident seçkilərinə təsir göstərməyə çalışmaqda ittiham edib. Tramp “Truth Social” platformasında BBC-nin onun 6 yanvar 2021-ci il çıxışını saxtalaşdırdığını və ictimai rəyə təsir etməyə çalışdığını yazıb, jurnalistləri “vicdansız və qərəzli” adlandırıb.

 

Mövzu ilə bağlı "İnformator.az"a açıqlamasında Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyası İdarə Heyətinin üzvü, siyasi şərhçi Əli Zülfüqaroğlu bildirib ki,Birləşmiş Ştatlar daxilində Trampla qlobal imperializm arasında çox ciddi savaş var və bu savaş əslində dünyanın müxtəlif nöqtələrində də təzahür edir:

 

"Birləşmiş Ştatlar daxilində baş verən problemlər hökumətin maliyyələşməsinin dayandırılması, eyni zamanda Trampa qarşı qarayaxma kampaniyası bu savaşın tərkib hissəsidir.  

 

Təbii ki, bir sıra transmilli media quruluşları da qlobal imperializmin ictimai rəyə təsir rıçaqları hesab olunur. Bu baxımdan, təbii ki, Trampın fikirlərinin təhrif olunması təsadüfi deyil. Ona görə də Trampı daha çətin vəziyyətə salmaq və qarşıdakı dönəmlərdə onun reytinqini minimuma endirmək cəhdləri hiss olunur. Amma, təbii ki, Tramp hakimiyyəti üçün çox ciddi təhlükə hesab olunur.  

 

Bu baxımdan hesab edirəm ki, Trampa qarşı müxtəlif transmilli media quruluşları tərəfindən atılan addımlar bu məqsədə xidmət edir. Amma təbii ki, hökumətin də əlində kifayət qədər təsir imkanları var və bu baxımdan Trampın da əks-hücum səyləri mümkündür.

 

Təbii ki, hazırda Böyük Britaniya və Birləşmiş Ştatlar, həmçinin Avropa İttifaqı arasında ciddi ziddiyyətlər var və bu ziddiyyətlər müxtəlif istiqamətlərdə təzahür edir. Ona görə də hesab edirəm ki, BBC-nin bu addımı Birləşmiş Ştatlarla Britaniya arasında münasibətləri daha da gərginləşdirməyə gətirib çıxarmayacaq. Onsuz da Britaniya və Birləşmiş Ştatlar arasında problemlər mövcuddur və əslində bu tipli addımlar hazırkı vəziyyətdən qaynaqlanır.  

 

Ona görə də bundan sonrakı mərhələlərdə biz Tramp hökumətinə qarşı ictimai rəyin manipulyasiyasının aparılmasının şahidi olacağıq və bütün mümkün vasitələrdən istifadə olunacaq ki, Trampın simasında qlobal imperializmə qarşı olan güc zəiflədilsin və onun Birləşmiş Ştatlar hakimiyyətində təmsil olunmasının qarşısı alınsın.  

 

Mən düşünürəm ki, bundan sonrakı mərhələlərdə Tramp və onun təmsil etdiyi qüvvə kifayət qədər güclü mövqelərə sahib olacaq və biz növbəti mərhələlərdə əks-hücumlarını müşahidə edə bilərik. Təbii ki, bu da Birləşmiş Ştatlar daxilində vəziyyəti daha da gərgin məcraya yönəldəcək".

 

Aişə Mustafayeva

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər