00:00:00
Yazar
Elmira Ağayeva
26.10.2026 23:35 18 1 dəq oxuma
Siyasət

Tramp BBC-yə qarşı iddiası ilə bağlı dekabrın 11-dək and altında ifadə verməlidir

Tramp BBC-yə qarşı iddiası ilə bağlı dekabrın 11-dək and altında ifadə verməlidir

 

ABŞ məhkəməsi Prezident Donald Trampın BBC-yə qarşı qaldırdığı böhtan iddiası çərçivəsində dekabrın 11-dək and altında sualları cavablandırması barədə qərar verib. Tramp qərara əməl etməsə, məhkəmə onun iddiasını rədd edə bilər.

Tramp BBC-ni 2021-ci il yanvarın 6-da ABŞ Kapitolunda baş verən iğtişaşlardan əvvəl etdiyi çıxışın iki ayrı hissəsini birləşdirərək yayımlayan “Panorama” proqramına görə məhkəməyə verib. O, bu montajın çıxışının məzmununu təhrif etdiyini və izləyicilərdə zorakılığa birbaşa çağırış etdiyi barədə yanlış təəssürat yaratdığını iddia edir.

BBC-ni təmsil edən vəkil Çarlz Tobin məhkəmə iclasında bildirib ki, sübutların toplanması mərhələsinin başa çatmasına iki ay qalsa da, Tramp hələ də and altında ifadə verməyib.

Trampın ifadəsi oktyabrın 16-na təyin edilsə də, hüquqşünasları həmin tarixdə “milli əhəmiyyətli məsələləri” əsas gətirərək prosesi təxirə salıblar. BBC tərəfi isə həmin gün Trampın Corciya ştatında seçki kampaniyasında iştirak etdiyini bildirib.

ABŞ hüquq sistemində deposition məhkəmədən kənarda, and altında suallara cavab verməklə alınan və qeydə alınan ifadədir. Bu ifadədən sonrakı məhkəmə prosesində sübut kimi istifadə oluna bilər.

BBC montajın yanlış təəssürat yaratdığını etiraf edərək üzr istəyib, lakin bunun böhtan təşkil etməsi ilə razılaşmayıb.

Nuray Dadaşzadə

#and #11-dək #xəbər #verməlidir
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər