Tramp Belarus üzrə xüsusi nümayəndə təyin edir
ABŞ Prezidenti Donald Tramp Belarus üzrə xüsusi nümayəndə vəzifəsinə hüquqşünas Con Koulun namizədliyini irəli sürüb.
"İnformator.az" xəbər verir ki, bu barədə Donald Tramp açıqlama verib.
O bildirib ki, Vaşinqton hazırda Belarusda saxlanılan daha 50 məhbusun azad olunması istiqamətində iş aparır.