00:00:00
Yazar
Admin User
25.09.2025 17:21 109 2 dəq oxuma
Siyasət

Tramp bu ölkəni hədələyib: “Bu canavarları çıxarın, yoxsa…”

Tramp bu ölkəni hədələyib: “Bu canavarları çıxarın, yoxsa…”

Venesuela hakimiyyəti ABŞ-dən deportasiya edilən bütün vətəndaşlarını qəbul etməlidir.

 

Mövzu ilə bağlı politoloq Qafar Mehdiyev “İnformator.az”a açıqlamasında bildirib ki, Amerika öz ölkəsində, yəni ona yük təşkil edən insanları öz ölkələrinə göndərməkdə qərarlıdır:

 

"Tramp hakimiyyəti dövründə ABŞ-də miqrantlarla bağlı ayrıca bir siyasət yürüdülür. Bu, təkcə Venesuela vətəndaşlarına aid deyil, həm də Amerikaya daha çox gələn Meksika və digər ölkə vətəndaşlarına şamil olunur. Amerika öz ölkəsində, yəni ona yük təşkil edən insanları öz ölkələrinə göndərməkdə qərarlıdır. Bu da o dövlətin haqqıdır.

 

Amma məsələnin digər tərəfinə baxanda dünyada ədalət deyə bir şey qalmayıb və Trampın bu hərəkəti insanlıq adına bir utancdır. Əslində, insanların dünyanın müxtəlif yerlərində gedib yaşaması, orada məskunlaşması beynəlxalq haqqdır və bu haqq onların əlindən alına bilməz.

 Venesuela hökuməti öz vətəndaşlarını geri almaqda çətinlik çəkdiyi üçün Amerika bunları zorla öz ölkələrinə göndərməkdə qərarlıdır. Bu, gələcəkdə presedent yarada bilər.

 

Türkiyədə də 10 milyona yaxın qaçqın və miqrant var. Suriyada vəziyyət düzələndən sonra belə, suriyalıların cüzi hissəsi geri dönüb. Bu isə dövlətlərin gələcəkdə oxşar addımlar atmasına səbəb ola bilər.

ABŞ-nin belə bir addımı qınanmalıdır. Çünki bu, Latın Amerikası ölkələrində, o cümlədən Venesuelada ABŞ-yə qarşı mənfi münasibət yarada bilər. Miqrantlar bəzi hallarda ölkələrin iqtisadiyyatına müsbət təsir göstərə bilsə də, görünür, Amerikanın belə mühacirlərə ehtiyacı yoxdur.

 

Beynəlxalq hüquq baxımından isə deportasiya olunmuş şəxslərin hüquqları qorunmalıdır və bunu həyata keçirə biləcək əsas təşkilat BMT-dir. Lakin BMT son zamanlar nüfuzunu itirmiş bir quruma çevrilib.

Dünyada ədalətin bərpa olunmasına ehtiyac var. “Dünya beşdən böyükdür” ifadəsi də məhz BMT Təhlükəsizlik Şurasında yalnız 5 ölkənin veto haqqına sahib olmasına etirazdır. Dünyanı yenidən idarə etmək və ədaləti bərpa etmək üçün ciddi dəyişikliklərə böyük ehtiyac var".

 

Gülay Səlifova

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər