00:00:00
Yazar
Admin User
09.10.2025 10:46 135 1 dəq oxuma
Dünya

Tramp bunu da bacarıb, Nobelə layiqdir

Tramp bunu da bacarıb, Nobelə layiqdir

İsrail Prezidenti İshaq Hersoq Qəzzada atəşkəsin birinci mərhələsinə dair razılaşmaları dəstəkləyib.

 

"İnformator.az" xəbər verir ki, o, bu barədə X səhifəsində yazıb.

 

Onun fikrincə, nizamlanma planını irəli sürən ABŞ Prezidenti Donald Tramp Nobel Sülh Mükafatına layiqdir:

 

“Misirdə əldə olunan razılaşmanı tam dəstəkləyirəm. Baş nazir Benyamin Netanyahuya və danışıqlar qrupuna, vasitəçilərə və bu mühüm prosesin bütün iştirakçılarına minnətdarlığımı bildirirəm. Trampa girovların azad edilməsi ilə bağlı sazişin təmin edilməsində, müharibənin dayandırılmasında və Yaxın Şərqdə yeni reallığa ümid yaratmaqda inanılmaz liderliyinə görə dərin minnətdarlığımı bildirirəm. Bunun üçün onun Nobel Sülh Mükafatına layiq olduğuna şübhə yoxdur”.

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər