00:00:00
Yazar
Admin User
09.12.2025 18:46 111 1 dəq oxuma
Dünya

Tramp bəzi Avropa ölkələrini və zəif liderləri tənqid edir

Tramp bəzi Avropa ölkələrini və zəif liderləri tənqid edir

ABŞ Prezidenti Donald Tramp Avropa liderlərini "zəif" adlandıraraq tənqid edib və ABŞ-nin Ukraynaya dəstəyini azalda biləcəyini irəli sürüb.

 

"Politico"ya verdiyi geniş müsahibədə o, "çürüyən" Avropa ölkələrini miqrasiyaya nəzarət edə bilməməkdə və ya Rusiyanın Ukraynadakı müharibəsinə son qoymaq üçün qətiyyətli addımlar atmamaqda günahlandırıb, onları Kiyevə "yıxılana qədər" döyüşməyə imkan verməkdə ittiham edib.

O, Rusiyanın "üstünlüyə" sahib olduğunu iddia edib və Ukrayna Prezidenti Volodimir Zelenskini Moskvaya ərazilər güzəştə getməklə "topu oynamağa" (əməkdaşlıq etməyə) çağırıb.

Birləşmiş Krallıqda Dauninq Strit (Baş Nazirliyin iqamətgahı) Trampın Avropanın fəaliyyət göstərməməsi iddialarını rədd edib, sanksiyalara dair Böyük Britaniyanın liderliyini vurğulayıb və ABŞ-nin rəhbərlik etdiyi sülh prosesinə dəstəyini təkrarlayıb.

 

BBC news 

Ayisə Şərifova

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər