Tramp əcnəbilər üçün viza haqqını 500 dəfə artırıb
ABŞ Prezidenti Donald Tramp əcnəbilər üçün iş vizası üzrə rüsumu 500 dəfə artırıb.
Mövzu ilə bağlı "İnformator.az"a açıqlamasında iqtisadçı Asif İbrahimov bildirib ki, bu olduqca radikal qərardır:
"Trampın bu qərarı verməkdə məqsədi rəsmi və qeyri-rəsmi miqrantların axınını azaltmaqdır. Bu o deməkdir ki, işçi vizası almaq istəyən şəxslər başqa ölkələrə üz tutmağa məcbur qalacaqlar. Düşünürəm ki, bu qərar ABŞ ilə rəqabət aparan ölkələrin mövqeyini gücləndirəcək. Bu ABŞ iqtisadiyyatında ciddi sıxıntılara səbəb olacaq. Mən düşünürəm ki, verilmiş hər bir qərarın altında müəyyən risklərin hesablanması da, mövcuddur. Bu qərarı verməkdə ABŞ kənardan gələn miqrasiya axınının qarşısını almaq istəyir".
Türkanə Kərimova