Tramp: Ehtiyac olan zaman Ərdoğan həmişə yanımda olub
ABŞ Prezidenti Donald Tramp Şarm əş-Şeyxdə Qəzza Sammiti çərçivəsində çıxışı zamanı Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana minnətdarlığını bildirib.
"İnformator.az”ın məlumatına görə, o, Türkiyə lideri ilə dostluğu yüksək dəyərləndirdiyini vurğulayıb və onu əla, möhtəşəm insan adlandırıb.
"Türkiyədən olan bu bəy dünyanın ən güclü ordularından birinə sahibdir, özünün iddia etdiyindən qat-qat güclü orduya. O, şan-söhrət axtarmır, sadəcə dinc qalmasını istəyir. O, möhkəm insandır, lakin mənim həmişə dostum olub və hər dəfə ona ehtiyacım olanda yanımda olub", - Tramp deyib.