00:00:00
Yazar
Admin User
17.09.2025 16:22 104 2 dəq oxuma
Siyasət

Tramp hücumu dayandıra bilərdi, amma etməyib

Tramp hücumu dayandıra bilərdi, amma etməyib

İsrail Baş naziri Benyamin Netanyahu Dohaya hücumdan təxminən bir saat əvvəl ABŞ Prezidenti Donald Trampla danışıb. İsrailli rəsmilərin “Axios”a verdiyi məlumata görə, Tramp hücum barədə əvvəlcədən xəbərdar olub və etiraz etsəydi, əməliyyat dayandırıla bilərdi.

 

Mövzu ilə bağlı "İnformator.az"a açıqlamasında politoloq Elçin Xalidbəyli bildirib ki, İsrailin hazırda Yaxın Şərqdə atdığı bütün addımlar Amerika Birləşmiş Ştatları ilə birbaşa bağlıdır:

 

"Çünki İsrail siyasətini ABŞ ilə müttəfiqlik əsasında qurur. Atılan bütün addımlar əvvəlcədən ABŞ ilə razılaşdırılır və yalnız bundan sonra həyata keçirilir. Amerikanın Yaxın Şərq siyasəti isə bu regionun yenidən dizayn olunması ilə bağlıdır. Yenidən formalaşdırılan Yaxın Şərqdə İsrailin mövqelərinin möhkəmləndirilməsi əsas hədəf kimi görünür. Dohaya hücum məsələsində ABŞ prezidenti Donald Trampın məlumatlı olması da təəccüblü deyil. Onun buna əngəl olmaması da təsadüfi sayıla bilməz. Ağ Evdən dəfələrlə açıqlamalar verilib ki, guya ABŞ Qəzza bölgəsini icarəyə götürmək istəyir. Halbuki bu, məntiqsiz və absurd yanaşmadır. Çünki bir xalqın yaşadığı əraziləri icarəyə götürmək beynəlxalq hüquq normalarına ziddir. Deməli, İsrail qarşısına Fələstin problemini birdəfəlik həll etmək və hətta Fələstini xəritədən silmək kimi bir hədəf qoyub.Hazırda bütün mümkün vasitələrlə Fələstin dövlətinin yaradılmasına mane olunur. Bu da onu göstərir ki, İsrail Yaxın Şərqdə ABŞ ilə vahid mövqedən çıxış edir. Bu proses ABŞ-İsrail münasibətlərində heç bir problem yaratmır.Halbuki dünyada bəzi dövlətlər, xüsusilə Avropa ölkələri, Fələstin probleminin iki dövlət prinsipi əsasında həllini dəstəkləyirlər. Hətta BMT Baş Assambleyasında da bu barədə qərar qəbul olunub. Ancaq nə ABŞ, nə də İsrail bu qərara müsbət yanaşır, əksinə ciddi müqavimət göstərirlər.Bu baxımdan demək olar ki, İsrailin indiki davranışları Yaxın Şərqdə Fələstin dövlətinin yaradılmamasına yönəlib".


Qəmər Kazımzadə

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər