00:00:00
Yazar
Admin User
19.12.2024 18:26 264 1 dəq oxuma
Dünya

"Tramp ilə danışmağa və ya görüşməyə həmişə hazıram"

"Tramp ilə danışmağa və ya görüşməyə həmişə hazıram"

Rusiya Prezidenti Vladimir Putin bildirib ki, o, ABŞ-ın seçilmiş prezidenti Donald Trampla hər an danışmağa hazırdır və onunla görüşməyə də razıdır.

 

"Əlbəttə ki, mən söhbətə hər an hazıram, İstəyərsə görüşə də hazıram" – deyə Putin Amerika jurnalistinin Tramp ilə mümkün görüş barədə sualını cavablandırarkən "Birbaşa Xətt" sual-cavab sessiyası və ilin yekunlarına dair mətbuat konfransında qeyd edib.

Putin, Tramp ilə nə vaxt görüşəcəyini bilmədiyini vurğulayıb. "Əvvəlcə mən onunla nə vaxt görüşəcəyimizi bilmirəm. Çünki o bu barədə heç nə demir. Mən onunla dörd ildən çoxdur ki, ümumiyyətlə danışmamışam" – deyə Putin bildirib.
Daha əvvəl Rusiya XİN - in sözçüsü Mariya Zaxarova qeyd etmişdi ki, Moskva Ukrayna böhranının həlli ilə bağlı Vaşinqtonla əlaqə qurmağa hazırdır, lakin hələlik Trampın komandasından ciddi təkliflər almayıb. Diplomata görə, son vaxtlar Rusiya XİN mütəmadi olaraq Rusiyanın Tramp və onun komandası ilə əlaqə qurmağa hazır olub-olmadığı barədə çoxsaylı suallar alır.

 

Mənbə: ITAR TASS
Zəhra Məmmədova

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər