00:00:00
Yazar
Admin User
17.09.2025 16:18 95 1 dəq oxuma
Siyasət

Tramp İngiltərədədir

Tramp İngiltərədədir

Donald Tramp Böyük Britaniyaya tarixi ikinci sövlət səfəri üçün gəlib. ABŞ Prezidenti Donald Tramp və xanımı Melaniya Tramp Böyük Britaniyaya ikinci dəfə dövlət səfəri üçün gəlib.

 

Mövzu ilə bağlı politoloq Əli Mustafa "İnformator.az"a bildirib ki,səfər Avropa ilə ABŞ arasında həmrəyliyin bərpası baxımından əhəmiyyətli ola bilər:

 

"Bu səfər çərçivəsində bir sıra mühüm razılaşmaların əldə olunması gözlənilir. Texnologiya və mülki nüvə enerjisi sahəsində müqavilələrin imzalanacağı, süni intellekt və ticarət — xüsusən də dəmir polad tarifləri sahəsində — yeni razılaşmaların əldə olunacağı da gözlənilir. Ən önəmli müzakirə mövzulardan biri, çox güman ki, Rusiya–Ukrayna müharibəsi olacaq. Bu məsələ mətbuata açıqlanmasa da, səfərin əsas gündəmində yer aldığı ehtimal olunur. Xüsusilə Avropanı təhdid edən Rusiya siyasətinə qarşı hansı addımlar atılmalı olduğu müzakirə ediləcək. Çinlə bağlı məsələlərin də diqqət mərkəzində olacağı istisna edilmir. Yeni dünya düzəni qurulur və həm ABŞ, həm də Böyük Britaniya bu düzəndə lider rolunu qorumağa çalışır. Böyük Britaniya, Avropa İttifaqından çıxmasına baxmayaraq, son vaxtlar Avropa ölkələri ilə əməkdaşlığı intensivləşdirib. Rusiyanın Ukraynaya hücumu Avropa ölkələrini bir araya gətirib. Bu baxımdan, Trampın Böyük Britaniyaya səfəri Avropa ölkələrinin də maraqlarına xidmət edə bilər".


Bayramlı Zəri

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər