00:00:00
Yazar
Güllər Gülhüseynova
28.02.2026 12:36 17 1 dəq oxuma
Dünya

Tramp İran hərbçilərini təslim olmağa çağırıb

Tramp İran hərbçilərini təslim olmağa çağırıb

ABŞ Prezidenti Donald Tramp İran hərbçilərini silahı yerə qoymağa çağırıb.

 

"İnformator.az" xəbər verir ki, ABŞ lideri bunu bu günkü bəyanatında deyib.

 

"İslam İnqilab Keşikçiləri Korpusunun, silahlı qüvvələrin və İran polisinin üzvlərinə müraciət edərək deyirəm: silahı yerə qoyun və tam toxunulmazlıq əldə edin. Əks halda sizi qaçılmaz məhv gözləyir. Müqavimətdən imtina etsəniz, sizinlə ədalətli davranılacaq", - Tramp deyib.

 

Bundan əlavə, o həmçinin İranda hakimiyyət dəyişikliyinə ümid bəslədiyini bəyan edib.

#tramp #hərbçilərini #olmağa #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər