00:00:00
Yazar
Admin User
30.07.2025 15:44 130 2 dəq oxuma
Siyasət

Tramp İrana ABŞ-nin yenidən hücumu ilə bağlı xəbərdarlıq edib

Tramp İrana ABŞ-nin yenidən hücumu ilə bağlı xəbərdarlıq edib

ABŞ prezidenti Donald Tramp İranı HƏMAS-la danışıqlara müdaxilə etməkdə günahlandırıb.


Mövzu ilə bağlı politoloq Elşad Mirbəşiroğlu “İnformator.az”a açıqlamasında bildirib ki, Amerika Birləşmiş Ştatları iyulun 28-də Keir Starmerlə görüşü zamanı belə mövqedən çıxış etdi ki, HƏMAS-la İsrail arasındakı danışıqlara İran tərəfi mane olur:


“Donald Tramp bununla diqqəti ona yönəldir ki, HƏMAS-a İranın birbaşa təsiri mövcuddur. İranla HƏMAS arasında kifayət qədər sıx əlaqələr mövcuddur və Qəzza sektorunda da HƏMAS nəzarət etməkdədir. Bu baxımdan Tramp bunu neqativ hal kimi qiymətləndirir. Bir mesaj ötürür ki, buna qarşı addımlar da atıla bilər. Çünki respublikaçı senator Qrem də oxşar mövqedən çıxış edir. Trampın söylədiklərinə istinad edərək bildirib ki, İsrail Qəzza bölgəsində daha yaxşı gələcək quracaqdır. Eyni zamanda bildirib ki, HƏMAS təşkilatı tamamilə məhv ediləcəkdir. Bildiyimiz kimi hazırda İsraillə HƏMAS arasında Qətərin vasitəçiliyi ilə danışıqlar getməkdədir. Bir müddət öncədə 60 günlük atəşkəs müzakirə olunub və razılıq da əldə edilib. Yəni, İsraillə HƏMAS arasında müəyyən təmasların olduğunu görürük. Lakin bütün bunlarla yanaşı bölgədə münaqişə potensialı yüksək olaraq qalmaqdadır. Sözsüz ki, İran tərəfi də cərəyan edən proseslərə biganə deyil. Bir məqama da diqqət yetirmək lazımdır ki, HƏMAS-ın İsraillə danışıqların nəticəyə yönəlik olmasında maraqlıdırmı yaxud İsrailin özü münaqişənin bitməsində nə dərəcədə iradə nümayiş etdirir? Biz görürdük ki, İsrail HƏMAS-ı ümumiyyətlə qəbul etmir, bölgəni də gələcəkdə HƏMAS-sız görmək istəyir. Ona görədə orada vəziyyət çox gərgindir, eskalasiya təhlükəsi hər zaman qalır. Düşünürım ki, həm İsrail-İran arasında, həm də İsrail-HƏMAS arasında münasibətlərdə gərginlik elementi kifayət qədər çoxluq təşkil etməkdədir. Proseslərin inkişafı göstərəcəkdir ki, Qətərin vasitəçiliyi ilə olan danışıqlar hansı nəticələrə gətirib çıxaracaq. Bu tərəflərin müzakirə imkanlarının olması çox müsbət haldır”.

 

Çimnaz Telmanqızı

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər