00:00:00
Yazar
Güllər Gülhüseynova
02.04.2026 09:27 6 1 dəq oxuma
Dünya

Tramp İrana qarşı əməliyyatın bitdiyini elan etmək niyyətindədir

Tramp İrana qarşı əməliyyatın bitdiyini elan etmək niyyətindədir

ABŞ Prezidenti Donald Tramp Amerika xalqına müraciəti zamanı İrana qarşı hərbi əməliyyatların bitdiyini elan edəcək.

 

"İnformator.az" xəbər verir ki, bu barədə "Politico" məlumatlı mənbələrə istinadən məlumat yayıb.

 

"Çərşənbə günü (Bakı vaxtı ilə cümə axşamına keçən gecə - red.) Prezident Donald Tramp çıxışında İranda təxminən bir ay davam edən hərbi kampaniyanın bitdiyini elan edəcək. Bu, neftin qiymətlərinin sürətlə artımı və ictimai rəy sorğularının pisləşməsi fonunda baş verəcək", - bildirilir.

 

ABŞ Prezidentinin keçmiş müşaviri Stiv Bennon bildirib ki, Amerika lideri İrandakı uğurları vurğulayacaq, gələcək planları müəyyənləşdirəcək və həmçinin NATO tərəfdaşlarına qarşı tənqidi fikirlər səsləndirəcək.

 

"İki-üç həftə, aydın şəkildə müəyyən edilmiş məqsədlər. Əldə edilənləri möhkəmləndirmək üçün bir müddət qalacağıq. Mümkündür ki, sonrda atəşkəs olsun. Hörmüz boğazındakı vəziyyətin BƏƏ və Avropanın məsuliyyətində olduğu və qələbə elan etdiyimiz vurğulanacaq", - o deyib.

#gündəm #i̇rana #qarşı #niyyətindədir #elan
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər