00:00:00
Yazar
Admin User
20.06.2025 17:30 136 1 dəq oxuma
Dünya

"Tramp İranda rejimin devrilməsinin ölkəni “ikinci Liviyaya” çevirəcəyindən ehtiyat edir"

"Tramp İranda rejimin devrilməsinin ölkəni “ikinci Liviyaya” çevirəcəyindən ehtiyat edir"

New York Post qəzetinin yazdığına görə, ABŞ-nin sabiq prezidenti Donald Trampın İrana mümkün zərbələrə qarşı ehtiyatlı davranmasının əsas səbəblərindən biri onun bu ölkədə rejim dəyişikliyindən sonra yaranacaq xaosdan qorxmasıdır.

 

Qəzet anonim mənbələrə istinadən bildirir ki, Tramp yaxın çevrəsində son günlər dəfələrlə 2011-ci ildə rejim dəyişikliyindən sonra uzunmüddətli anarxiyaya sürüklənmiş, neftlə zəngin Liviya misalını çəkib.

 

Mənbələrin sözlərinə görə, Tramp hesab edir ki, İranın ali rəhbəri Ayətullah Əli Xameneinin devrilməsi ölkəni bənzər şəkildə xaosa sürükləyə bilər.

 

Başqa bir mənbə isə qeyd edib ki, Tramp administrasiyasında ABŞ-nin İsrailin İranın nüvə proqramına qarşı zərbələrində iştirakı məsələsi müzakirə olunarkən Tramp konkret şəkildə “İranı Liviyaya çevirmək istəmirəm”,- deyə bildirib.

 

Anadolu Agency

Ayan Əsgərova

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər