00:00:00
Yazar
Güllər Gülhüseynova
06.03.2026 08:46 19 1 dəq oxuma
Dünya

Tramp İranın raket potensialının əhəmiyyətli hissəsinin məhv edildiyini bildirib

Tramp İranın raket potensialının əhəmiyyətli hissəsinin məhv edildiyini bildirib

ABŞ lideri Donald Tramp İsrail ilə birgə keçirilən əməliyyat zamanı İranın raket potensialının böyük hissəsinin məhv edildiyini bəyan edib.

 

"İnformator.az" xəbər verir ki, prezident Ağ Evdə çıxışı zamanı əməliyyatın gedişatı barədə danışıb.

 

"Raketlər artıq yoxdur. Buraxılış qurğuları artıq yoxdur. Müvafiq olaraq onların təxminən 10 % və 64 %-i məhv edilib", - deyə Tramp bildirib və əlavə edib ki, indiyədək İran Hərbi Dəniz Qüvvələrinə məxsus 24 gəmi sıradan çıxarılıb.

 

Onun sözlərinə görə, Vaşinqton döyüş əməliyyatlarını davam etdirməyə Tehrandan daha çox meyillidir:

 

"Onlar deyirlər: "Biz necə saziş bağlaya bilərik?" Mən isə dedim: "Siz bir az gecikmisiniz".

 

ABŞ Prezidenti həmçinin qeyd edib ki, İrana qarşı əməliyyat uzunmüddətli perspektivdə Yaxın Şərqdə sabitliyin əhəmiyyətli dərəcədə möhkəmlənməsinə gətirib çıxaracaq:

 

"Gördüyümüz tədbirlər uzunmüddətli perspektivdə [Yaxın Şərq] regionunun sabitliyini, həmçinin neft qiymətlərini, fond bazarını və qalan hər şeyi dramatik şəkildə gücləndirəcək", - deyə Donald Tramp vurğulayıb.

#xəbər #bildirib #i̇ranın #azərbaycan
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər