00:00:00
Yazar
Güllər Gülhüseynova
23.04.2026 09:35 17 1 dəq oxuma
Dünya

Tramp İranla atəşkəs üçün vaxt çərçivəsi müəyyən etməyib-Livitt

Tramp İranla atəşkəs üçün vaxt çərçivəsi müəyyən etməyib-Livitt

ABŞ Prezidenti Donald Tramp İranın razılaşma təklifini və ya atəşkəsin bitməsi üçün son tarix müəyyən etməyib.

 

"İnformator.az" xəbər verir ki, bunu Ağ Evin mətbuat katibi Kerolayn Livitt jurnalistlərlə görüşdə bildirib.

 

"Bu gün oxuduğum bəzi məlumatlara baxmayaraq, Prezident İrandan təklif almaq üçün sərt vaxt qrafiki müəyyən etməyib. Nəticədə, son tarixi Ali Baş Komandan - ABŞ Prezidenti müəyyən edəcək", - o, bu barədə suala cavabında bildirib.

 

Daha əvvəl İsrailin "Ynet" portalı yerli mənbəyə istinadən bildirib ki, ABŞ Trampın İranda atəşkəsin yalnız 26 aprelə qədər uzadılması barədə İsrailə məlumat verib.

 

Livitt "Fox News"a müsahibədə həmçinin qeyd edib ki, ABŞ İranla danışıqlarda mövqeyini açıq şəkildə bildirib, zənginləşdirilmiş uranın təhvil verilməsini tələb edib və hazırda Tehranın cavabını gözləyir.

 

"İran heç vaxt ABŞ-ni və müttəfiqlərimizi təhdid etmək üçün nüvə bombası əldə edə bilməyəcək və onlar əllərindəki zənginləşdirilmiş uranı təhvil verməlidirlər. Biz İran rəhbərliyindən cavab gözləyirik", - o deyib.

#atəşkəs #çərçivəsi #xəbər #i̇ranla
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər