Tramp İranla atəşkəsi vaxt itkisi adlandırıb
ABŞ Prezidenti Donald Tramp İranla yay aylarında əldə olunan atəşkəs razılaşmasını vaxt itkisi hesab etdiyini bildirib.
"İnformator.az" xəbər verir ki, Tramp bu barədə Missisipi ştatında Respublikaçılar Partiyasının tərəfdarları qarşısında çıxışı zamanı danışıb.
ABŞ Prezidenti İranla müharibənin başlanmasına münasibət bildirərək Vaşinqtonun başqa seçiminin olmadığını iddia edib.
“Bunu çoxdan etmək lazım idi. Hazırda baş verənlər də tezliklə başa çatacaq”, - Tramp deyib.
O, yay aylarında əldə olunan müvəqqəti atəşkəsdən narazı qaldığını gizlətməyib.