Tramp: İranla danışmıram
ABŞ Prezidenti Donald Tramp İranın nüvə obyektlərinə hücumdan Tehranla heç bir əlaqəsinin olmadığını bildirib.
"İnformator.az" "Teleqraf"a istinadən xəbər verir ki, o, Tehrana hər hansı təklif verməsi ilə bağlı məlumatı təkzib edib.
“Saxta demokrat senator Kris Kunsa deyin ki, JCPOA adlı axmaq “Nüvə Silahlarına Yol” sazişi çərçivəsində onlara milyardlarla dollar ödəyən Obamadan fərqli olaraq, mənim İrana heç bir təklifim yoxdur və mən artıq onlarla danışmıram, çünki onların nüvə obyektlərini tamamilə məhv etmişik”, - prezident qeyd edib.