00:00:00
Yazar
Zəri Bayramlı
25.04.2026 23:20 15 1 dəq oxuma
Dünya

Tramp: İslamabad görüşünün ləğvi İranla müharibənin yenidən başlaması demək deyil

Tramp: İslamabad görüşünün ləğvi İranla müharibənin yenidən başlaması demək deyil

ABŞ Prezidentinin xüsusi elçisi Stiv Uitkoff və iş adamı Cared Kuşnerin İranla danışıqlar aparmaq üçün İslamabada səfərinin ləğvi hərbi əməliyyatların yenidən başlaması demək deyil.

 

"İnformator.az" xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp "Axios" portalına bildirib.

 

"Xeyr, bu o demək deyil. Biz hələ bu barədə (İrana qarşı hərbi əməliyyatların yenidən başlaması - red.) düşünməmişik", - Tramp məsələ ilə bağlı suala cavab verərkən deyib.

Bundan əvvəl Vaşinqton Administrasiyasının rəhbəri iranlı danışıqçılarla görüşmək üçün nümayəndələrinin İslamabada səfərini ləğv etdiyini bildirib.

Onun sözlərinə görə, bütün kartlar ABŞ-nin əlindədir və səfərlərə çox vaxt sərf olunur, halbuki İranla danışıqlar telefonla da aparıla bilər.

 

 

#baki #başlaması #i̇ranla #demək #görüşünün
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər