00:00:00
Yazar
Admin User
12.11.2025 11:58 98 1 dəq oxuma
Dünya

Tramp İsrail Prezidentindən Netanyahunun bağışlanmasını xahiş edib

Tramp İsrail Prezidentindən Netanyahunun bağışlanmasını xahiş edib

ABŞ Prezidenti Donald Tramp korrupsiya işində təqsirləndirilən Baş nazir Benyamin Netanyahunun bağışlanması barədə rəsmi xahişlə İsrail Prezidenti İsxak Hersoqa məktub göndərib.

 

"İnformator.az" xəbər verir ki, bu barədə "The Times of Israel" qəzeti məlumat yayıb.

 

"Sizi müharibə zamanı qətiyyətli Baş nazir olan, indi isə İsraili sülhə doğru aparan Benyamin Netanyahunu tam bağışlamağa çağırıram", - D.Tramp yazıb. ABŞ lideri İsrail məhkəmə sisteminin müstəqilliyinə hörmət etdiyini vurğulayır, lakin Netanyahu barəsində korrupsiya ittihamlarını "siyasi, əsassız təqib" adlandırır.

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər