00:00:00
Yazar
Admin User
12.10.2025 17:27 118 1 dəq oxuma
Dünya

Tramp İsraildə 3 saat 40 dəqiqə olacaq

Tramp İsraildə 3 saat 40 dəqiqə olacaq

İsrailin Baş naziri Benyamin Netanyahu və Prezident İshaq Hersoq ABŞ Prezidenti Donald Trampı sabah yerli vaxtla səhər saat 9:20-də Ben Qurion hava limanında qarşılayacaqlar.

 

"İnformator.az" xəbər verir ki, bu barədə Netanyahunun ofisi məlumat yayıb.

 

Trampın İsraildə dörd saatdan az qalması planlaşdırılır. Səhər saat 10:15-də Netanyahu və Tramp Knessetdə baş nazirin ofisində görüşəcək. Daha sonra onlar səhər saat 10:45-də Knessetdə girovların ailələri ilə görüş keçirəcəklər.

 

Saat 11:00-da Tramp, Netanyahu, Knessetin spikeri Amir Ohana və müxalifət lideri Yair Lapid plenar iclasda çıxış edəcəklər. Hersoq və Netanyahu saat 13:00-da Trampı hava limanından yola salacaq.

 

ABŞ prezidenti oradan Qəzza ilə bağlı sülh sammitinin keçiriləcəyi Misirə - Şarməş-Şeyxə gedəcək.

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər