Tramp istəyir ki, Rusiya və Ukrayna... - Vens
ABŞ Prezidenti Donald Tramp Ukrayna və Rusiyanın müharibəyə son qoymasını, ticarət və turizmi bərpa etməsini istəyir.
"İnformator.az" xəbər verir ki, bunu ABŞ vitse-prezidenti Ceyms Di Vens deyib.
O, Trampın insanların bir-birini öldürmədiyi, bir-biri ilə ticarət etdiyi bir dünya görmək istədiyini bildirib.
Vens hesab edir ki, Amerika lideri zorakılığa meylli olmayan sərt bir insandır.