Tramp kimə hansı sualı verəcəyini yaxşı bilir
NATO Zirvəsindən sonra açıqlama verən Prezident Rəcəb Tayyib Ərdoğan, bir jurnalistin Trampın Qəzzada tikməyi planlaşdırdığı kazinolardan bəhs edib-etmədiyi ilə bağlı sualına diqqətçəkən cavab verib. Ərdoğan bildirib:
“Mənim mövqeyim bəlli olduğuna görə, cənab Tramp elə ağıllı insandır ki, kiminə hansı sualı verəcəyini də yaxşı bilir. Və belə bir məsələ aramızda baş verməyib".
Jurnalist, Trampın Qəzzada tikməyi planlaşdırdığı kazinolardan görüşdə danışıb-danışmadığını soruşub. Bu mövzuda mövqeyinin bəlli olduğunu bildirən Prezident Ərdoğan suala belə cavab verib:
“Axşam saat on bir – on bir yarım radələrində cənab Trampla görüşümüz oldu. Təxminən bir – bir yarım saat davam edib. Amma bizim görüşümüz zamanı, xüsusilə də Qəzzənin sahilboyu bölgələrinin sizin ifadə etdiyiniz şəkildə kazinolar olması məsələsi gündəmə gəlməyib".
Hazırda beynəlxalq gündəmi müəyyən edən hadisələrin demək olar ki, hamısı Türkiyənin yaxın ətrafında baş verib. Ölkəmizi bu böhranlardan, isti toqquşmalardan və gərginliklərdən uzaqda saxlamağa çalışırıq. Buna görə də çəkindiriciliyimizin artırılmasına və müdafiəmizin gücləndirilməsinə böyük önəm veririk. Türkiyə müdafiə sənayesinin son illərdə atdığı böyük addımlar dünya miqyasında nümunə göstərilib. Silahlı və silahsız pilotsuz uçuş aparatları başda olmaqla bir çox sahədə qlobal miqyasda söz sahibiyik.
Cənab Trampla apardığımız görüşdə S-400 mövzusunu müzakirə etmədik. Bu, gündəmimizdə deyildi. O məsələ artıq bağlanmış məsələdir. F-35 mövzusunu müzakirə etdik. Bu məsələdə biz 1 milyard 300–400 milyon dollar civarında ödəniş etmişik. F-35-ləri almaq məsələsində cənab Trampın xoşniyyətli olduğunu gördük. F-16-larımızın texniki baxımı, F-35-lərin alınması ilə bağlı məsul şəxslərimiz işlərini davam etdirirlər. Bir də bizim "Eurofighter" ilə bağlı işlərimiz var. İngiltərə və Almaniya ilə əməkdaşlığımız davam edir. Ümid edirik ki, xoşniyyətimiz İngiltərə və Almaniya tərəfindən də müsbət qarşılanacaq. İşlərimiz davam edib.
Bölgədə yaşayan kürd vətəndaşlarımızla prezident olaraq hər hansı problemimiz yoxdur. Hazırda vəziyyət olduqca yaxşıdır. Parlamentdə güclü potensiala malikdirlər. Onların heç bir problemi olmadığına görə bu yürüş, bu gedişat davam edir. Görüş üçün müraciət etdilər, mərhum Sırrı Süreyya bəy ilə birlikdə Pervin xanımı qəbul etdim. Onlarla görüşdük. Deyəsən, yenidən görüş üçün müraciət ediblər. Yaxın zamanda bu görüşü həyata keçirəcəyik. Onlarla görüşlərimiz olacaq, hər hansı bir problem yoxdur. Mənim ölkəmdə türk, kürd, laz, çərkəz, ərəb – hamımız birik. Ölkəmin bütövlüyünü qorumaq mənim vəzifəmdir. Bunu da ən gözəl şəkildə davam etdirəcəyik.
Kifayət qədər müzakirə etdik, çox sağ olun. Hamınıza xeyirli axşamlar arzulayıram , sağ olun".
Haberler.com
Aygün Babayeva