00:00:00
Yazar
Admin User
05.03.2025 12:24 172 1 dəq oxuma
Dünya

Tramp konqresdə yalan məlumat paylaşdı!

Tramp konqresdə yalan məlumat paylaşdı!

ABŞ Prezidenti Donald Trampın konqresdəki çıxışı zamanı paylaşdığı rəqəmlər yenidən müzakirələrə səbəb olub. Ukraynaya verilən yardımın məbləğindən; Autizmli uşaqların statistikası da daxil olmaqla bir çox məlumat ya qeyri-real, ya da dəyişilən rəqəmlər idi.

 

ABŞ Prezidenti Donald Tramp administrasiyasının Sosial Müdafiə ödənişlərindəki səhv hesablamalara və yalan olduğu ortaya çıxan təkrar iddialara son qoyacağını bildirib. Məsələn, onun sözlərinə görə, ABŞ-də yaşı 100-dən yuxarı olan milyonlarla insan öldükləri halda Sosial Müdafiə müavinətləri alır.

-          “Sosial təhlükəsizlik məlumat bazalarına görə, 1,3 milyon insan 150-159 yaş arasında, 130 mindən çox insan isə 160 və yuxarıdır".

Rəsmi məlumatlara görə, 2024-cü ildə yaşı 99 və yuxarı olan 89 min nəfər sosial müavinət alırdı. ABŞ Prezidenti Trampın irəli sürdüyü digər şişirdilmiş məlumat isə autizmli uşaqların nisbəti olub. Lakin məlumatlara görə, bu yanlışdır və 2020-ci ilin son məlumatlarına görə autizm nisbəti 36-da 1-ə yüksəlib. Ancaq bu, Bayden administrasiyası dövründə deyil, son 20 ildə baş verən bir nəticə idi və əvvəlki nisbət 10 mində bir deyil, 50-də bir idi. Deməli, bu, Trampın verdiyi rəqəmə yaxın da deyildi.

Mənbə: CNN Türk

Kəmalə Vəliyeva

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər