00:00:00
Yazar
Banuçiçək Məmmədova
24.02.2026 17:44 19 1 dəq oxuma
Siyasət

Tramp Əliyevlə qurduğu sıx əlaqələrlə fəxr edir - Səfir

Tramp Əliyevlə qurduğu sıx əlaqələrlə fəxr edir - Səfir

Azərbaycanın ABŞ Prezidenti Donald Tramp tərəfindən Sülh Şurasına dəvət olunması Amerika siyasi elitasının Azərbaycana bəslədiyi dərin rəğbətin bariz göstəricisidir.

 

"İnformator.az" xəbər verir ki, bunu İsrailıin Azərbaycandakı səfiri Ronen Krausz Teleqraf-a müsahibəsində deyib.

 

“Donald Tramp və Prezident İlham Əliyev arasında mükəmməl dialoq, səmimi dostluq münasibətləri və qarşılıqlı anlaşma mövcuddur. D.Tramp Azərbaycan lideri ilə qurduğu bu sıx əlaqələrlə fəxr edir. Onu sammitə dəvət etməklə Donald Tramp Azərbaycanın beynəlxalq mövqeyinə, eləcə də sülh prosesinə verə biləcəyi strateji töhfəyə böyük hörmətlə yanaşdığını nümayiş etdirdi”, - Krausz bildirib.

Səfir qeyd edib ki, Azərbaycanın vaxtilə münaqişədə olduğu tərəflə (Ermənistan-red.) sülhə doğru irəliləmə təcrübəsi İsrail üçün də bir uğur hekayəsidir:

“Biz Azərbaycan və Ermənistan arasındakı münasibətlərin normallaşması prosesinə mühüm nümunə kimi baxırıq”.

 

#tramp #gündəm #səfir #azərbaycan #edir
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər