Tramp: Müharibələri dayandırmağı sevirəm
"Tailand və Kamboca liderlərinə zəng etdiyim günü heç vaxt unutmayacağam, çünki bu, həllinə kömək etdiyim ilk müharibələrdən biri idi. Mən bunu etməkdən zövq aldım. Bunu hobbi adlandırmazdım, çünki bu, hobbidən daha ciddidir, amma mən bu işi yaxşı görürəm və bunu etməyi sevirəm", - o qeyd edib."BMT bunu etməlidir, amma etmir", - o, BMT Baş Assambleyasındakı çıxışı zamanı teleprompterin söndüyünü və eskalatorda da problemlərin olduğunu xatırladaraq əlavə edib.
Bu mövzu ilə siyasi şərhci Əli Orucov “İnformator.az”a bildirib ki,Tramp prezidentlik uğrunda mübarizə apararkən prioritetlərindən biri də dünyada sülhün və təhlükəsizlik qorunmasına, müharibələrin dayandırılmasına nail olmaq idi:
“O, hətta bir qədər də irəli gedərək Ukrayna-Rusiya müharibəsini bitirəcəyi bəyan edib.Lakin dünyanın müxtəlif bölgələrində silahlı toqquşmalar və münaqişələr davam etməkdədir. Doğrudur Hindistan-Pakistan, İsrail-İran, Ermənistan -Azərbaycan, Komboca-Tailland daxil 8 müharibəni dayandırdığını bildir. Fələstin probleminin həll edilməsi üçün onun təşəbbüsü ilə Sülh Sammiti çağırılıb. Yaxud Moskva ilə Kiyev arasında ciddi cəhdlər göstərib. Lakin bir sıra missiyası uğursuzluğa düçar olub. Digər tərəfdən isə Latın Amerikası ölkələrindən olan Venesuela, Kolumbiya, Meksika və Braziliya ilə gərgin qarşıdurma vəziyyəti yaranıb. Problemin məxzi və çətinliyi ondadır ki, dünyaya ən çox silah-sursat və avadanlıqlar ixrac edərək milyardlarla dollar vəsait qazanan Birləşmiş Ştatlar beynəlxalq sülhün əldə olunmasına nə qədər müvəffəq olunacağı ağlabatan deyil.Silahlar satılırsa onun istifadəsi də nə vaxtsa reallığa çevrilir. ABŞ super güc mövqeyini saxlamaq uğrunda Çinlə, Rusiya ilə rəqabətdədir. Təəssüflər olsun ki, BMT-nin bu gün qeyri- işlək və səmərəsiz bir quruma çevrilməsinin də səbəbkarlarından biri məhz Birləşmiş Ştatlarıdır.Çünki Vaşinqtonun milli maraqlarının və hegomon mövqeyinin üstün saxlaması güc amilini önə çəkib. Beynəlxalq hüquqa və prinsiplərə məhəl qoyulmayıb. Təsadüfi deyil ki Türkiyə Prezidenti R.T.Ərdoğan "dünya beşdən böyükdür" tezisi vəziyyətə doğru düzgün yanaşılmasıdır. Tramp BMT-nin inzibati binasında rastlaşdığı texniki problemlərdən daha böyük ,qlobal və vacib problemlərə diqqət ayırmalıdır.Bunu da təkcə Birləşmiş Ştatların hegemon güc olması kontekstindən baxılmamalıdır.Könül istərdi ki doğrudan da o, müharibələri dayandırsın, yeni müharibələrə və münaqişələrə rəvac verməsini”.
Cavahir Əsgərbəyli