00:00:00
Yazar
Admin User
25.11.2025 04:52 117 1 dəq oxuma
Dünya

Tramp Maduro ilə şəxsən özü danışmaq istəyir

Tramp Maduro ilə şəxsən özü danışmaq istəyir

ABŞ Prezidenti Donald Tramp köməkçilərinə venesuelalı həmkarı Nikolas Maduro ilə telefon danışığı aparmaq istədiyini bildirib.

 

"İnformator.az" xəbər verir ki, bu barədə "Axios" Ağ Evdəki mənbələrə istinadən məlumat yayıb.

 

Mənbə qeyd edib ki, telefon danışığı üzərində hələ də iş gedir, ona görə də danışığın nə zaman baş tutacağı təyin edilməyib.

 

Bununla belə, Trampın yaxın ətrafı onun Maduroya nə demək istədiyini bilmir, çünki bütün variantlar masa üzərindədir.

 

Amerika liderinin bu söhbəti keçirmək istəyi, Axios mənbələrinin qeyd etdiyi kimi, Venesuelaya raket zərbələri endirilməsinin və ya onun ərazisində quru hərbi əməliyyatların qaçılmaz olduğuna işarə ola bilər.

 

Vurğulanıb ki, Amerika liderinin bu söhbəti keçirmək istəyi Venesuelaya raket zərbələri endirilməsi və ya onun ərazisində quru hərbi əməliyyatların qaçılmaz olmadığına işarə ola bilər.

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər