00:00:00
Yazar
Admin User
23.11.2025 08:59 98 1 dəq oxuma
Dünya

Tramp əmrlərinə tabesizliyə çağıran demokratları xəyanətkar adlandırıb

Tramp əmrlərinə tabesizliyə çağıran demokratları xəyanətkar adlandırıb

ABŞ Prezidenti Donald Tramp hərbçiləri administrasiyasının əmrlərini yerinə yetirməməyə çağıran Demokrat Partiyasının senator və konqresmenləri xəyanətkar adlandırıb.

 

“İnformator.az” xəbər verir ki, bu barədə o “Truth Social” sosial şəbəkəsində yazıb.

 

“Hərbçiləri mənim əmrlərimə tabe olmamağa çağırış edən xəyanətkarlar dərhal həbsxanada olmalıdır… Bu, ən yüksək səviyyədə üsyana təhrik idi, üsyana təhrik isə ciddi cinayətdir”, – deyə o vurğulayıb.

 

Növbəti paylaşımında o əlavə edib ki, bir çox hüquqşünaslar bunu cinayət kimi qiymətləndirirlər.

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər